Dükanlar nisyə mal məsələsində əhalini necə aldadır...
15-06-2015, 18:38
Oxunub: 6 666
“Mülki Məcəllənin 600-601-ci maddələrinə əsasən bu, kredit müqaviləsi deyil, hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə alqı-satqısı müqaviləsidir"
Son dövrlər əhalinin banklarla yanaşı dükanlara da xeyli borcu yaranıb. Bu borc malların nisyə alınması nəticəsində yığılıb.
İqtisadçıların fikrincə, nisyə mal satan əksər dükanlar vətəndaşların hüquqlarını pozur.
Virtualaz.org saytının xəbərinə görə, ekspert Əkrəm Həsənov bildirir ki, Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən “kredit” pulun borc verilməsinə deyilir. Bu halda isə söhbət pulun borc verilməsindən deyil, əşyanın nisyə satılmasından gedir: “Mülki Məcəllənin 600-601-ci maddələrinə əsasən bu, kredit müqaviləsi deyil, hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə alqı-satqısı müqaviləsidir.
Sözügedən müqavilənin tərəfləri sahibkar və istehlakçı (vətəndaş) olduğu üçün bu, adi alqı-satqı deyil, pərakəndə alqı-satqı müqaviləsidir və Mülki Məcəllə ilə tənzimlənir. Bu isə o deməkdir ki, alıcı olan vətəndaş malın qiymətini müqavilə ilə müəyyən edilmiş müddət ərzində istədiyi kimi, hətta müddətin sonunda da ödəyə bilər. Yəni müqavilə ilə müəyyən edilmiş ödəniş qrafikinə riayət etməyə bilər (məsələn, 600 manata alınan soyuducunun qiymətini ödəniş qrafikinə uyğun olaraq 6 ay ərzində aybaay 100 manat şəklində deyil, 6 ayın sonunda ödəyə bilər). Satıcı qiymətin hissə-hissə ödənilməməsinə görə alıcıdan faizin və ya hər hansı cərimənin ödənilməsini tələb edə bilməz”.
Müşahidələr göstərir ki, paytaxtda fəaliyyət göstərən əksər dükanlar nisyə satdıqları məhsullar üçün aylıq ödəniş istəyir. Gecikmə hallarında faizlə yanaşı cərimə də tələb edir. Bu isə tamamilə qanunsuzdur.
Əkrəm Həsənov bunu belə izah edir: “Bu, Mülki Məcəllənin 622.3 və 622.4-cü maddələrindən irəli gəlir. Həmin maddələr Rusiya Mülki Məcəlləsinin 500-ci maddəsinin 3-cü bəndi əsasında tərtib edilib. Fərq yalnız ondan ibarətdir ki, Rusiyada bu halda “kredit” sözündən istifadə olunur. Bizdə isə, qeyd etdiyim kimi, “kredit” sözünün işlənməsi yanlışdır. Təəssüf doğuran həm də odur ki, bu yanlış təcrübə Nazirlər Kabinetinin 3 aprel, 2014-cü il tarixli, 94 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nda da təsbit edilib. Həmin qaydaların sözügedən münasibətlərə həsr olunmuş 21-ci bəndi “Kredit müqaviləsi üzrə malların satışının xüsusiyyətləri” adlanır. Bunun mənfi nəticələrindən biri qaydaların 21.1-ci bəndindən irəli gəlir. Orada deyilir: “Ödəniş mal istehlakçıya veriləndən sonra hissə-hissə ödənilir”. Elə təəssürat yaranır ki, guya vətəndaş mütləq malın dəyərini ödəniş qrafikinə uyğun olaraq hissə-hissə ödəməlidir. Dediyim kimi, əslində isə bu, belə deyil.
Dükanlardan nisyə mal alanlar bilsinlər ki, malın qiymətini hissə-hissə deyil, müqavilə ilə müəyyən edilmiş müddətin sonunda da ödəyə bilərlər. Ödəniş qrafikinə riayət etmək isə mütləq deyil. Buna görə vətəndaşlar hər hansı məsuliyyət daşımır”.
Çox Oxunanlar
- 14-09-2024, 17:58 : Ordumuzun əsgəri bədbəxt hadisə nəticəsində həyatını itirdi
Xəbərlər / Ölkə
- 21-09-2024, 18:46 : Antoni Blinken Azərbaycan xalqını təbrik edib
Siyasət / Xəbərlər
- 28-09-2024, 16:52 : DİQQƏT- Bu yolda avtobus zolağı ləğv olunur
Xəbərlər / Ölkə
- 5-10-2024, 17:56 : Bakı-Qazax yolunda ağır yol qəzası olub
Xəbərlər / Ölkə
- 18-09-2024, 17:56 : ÇL oyunlarına baxmaq istəyənlərin NƏZƏRİNƏ
İdman / Xəbərlər
- 16-09-2024, 17:57 : Sərhəddə atışma olub- Erməni hərbiçilər...
Dünya / Xəbərlər
- 7-09-2024, 16:21 : Daha bir cüdoçumuz finala yüksəlib
İdman / Xəbərlər
- 7-09-2024, 14:16 : Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazandı
İdman
- 14-09-2024, 17:15 : Türkiyə gözəlindən TƏNQİDLƏRƏ CAVAB
Şou-Biznes
- 14-09-2024, 14:29 : Formula-2: Bakıda sprint yarışı start götürdü
İdman