Ətin qiyməti bahalaşa bilər
25-09-2015, 11:24
Oxunub: 5 974
Qurban bayramı ərəfəsində bazarda ətin qiymətinin ucuzlaşması müvəqqəti haldır. Yaxın günlərdə təklifin azalması, qiymətlərin isə artımı baş verəcək
Bunu modern.az-a açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bayram ərəfəsində bazarda ətin qiymətində ucuzluğun müşahidə edilməsinə münasibət bildirərkən deyib.
Ekspertin sözlərinə görə, ucuzluğa səbəb bayramda yaxşı gəlir əldə etmək üçün bəzi sahibkarlar qonşu ölkələdən çoxlu sayda diri heyvan idxal etməsidir: “Əhalinin alıcılıq qabiliyyətinin aşağı düşdüyünü nəzərə almayan tədarükçülər heyvanların satışı ilə bağlı ciddi problemlərlə qarşılaşıblar. İlk günlərdə təmiz ət çəkisinin bir kiloqramını 9-10 manata təklif edən sahibkarlar sonradan qiymətləri endirməli olublar”.
Ekspertin fikrincə, bazarda təklifin azalması və qiymətlərin artması ilə müşahidə olunacaq: “Bazarda tələbin azalması təbii olaraq istehsalın da azalmasına səbəb olacaq. Bu isə o deməkdir ki, gələcəkdə ət bazarında təklifin azalması, qiymətlərin isə artımı baş verəcək”.
Qeyd edək ki, bazarda dana və quzu ətinin qiyməti əhəmiyyətli dərəcədə ucuzlaşıb. 7.5 manat və 8 manata təklif edilən dana əti 7 manata, 9-10 manata satılan quzu əti isə 8 manat və 8.5 manata alıcılara təklif edilir.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər