"Baku Electronics" mağazalarını bağlayır?
3-11-2015, 18:08
Oxunub: 4 368
"Baku Electronics" şirkətinin Bakı şəhəri ərazisində fəaliyyət göstərən iki məişət texnikası satışı mağazasının bağlanması planlaşdırılır
Bu barədə "Report"a mağazalar şəbəkəsinin əməkdaşları məlumar veriblər. Məlumata görə, bu, "Baku Electronics"in Şüvəlan qəsəbəsi və "Metropark" Ticarət Mərkəzində yerləşən mağazalarıdır. Bu səbəb kimi isə şəbəkənin ticarət dövriyyəsinin xeyli zəifləməsi amili göstərilir.
"Baku Electronics"in marketinq şöbəsinin müdiri Şirəli Ələkbərov isə məlumatın həqiqətə uyğun olmadığını bildirib.
Qeyd edək ki, "Baku Electronics" 1994-cü ildə Bakıda 1 mağaza ilə fəaliyyətə başlayıb. Hazırda Şirkətin Bakı, Sumqayıt, Gəncə, Şəmkir, Quba,İsmayıllı, Mingəçevir, Yevlax, Zaqatala və Göyçayda yerləşən 18 mağazası ilə yanaşı, Şirvan, Xaçmaz, Lənkəran, Cəlilabad, Şəki, Qusar, Biləsuvar, Masallı, Şirvan, Sabirabad, İmişli, Ağcabədi, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Mingəçevir, Goranboy, Tovuz, Balakən, Zaqatala rayonlarında rəsmi nümayəndəlikləri də mövcuddur.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər