Bakıda evlərin qiyməti 15-20 min manat düşüb
9-11-2015, 10:33
Oxunub: 5 951
“Kirayə bazarında da zəiflikdir”
Manatın devalvasiyasından sonra qida məhsullarının qiymətində artım müşahidə olunsa da daşınmaz əmlak, eləcə də avtomobil bazarında müştəri qıtlığı üzündən qiymətlər kəskin şəkildə enib.
Bakıda yerləşən və üzərinə “Ev alqı-satqısı” yazılan obyektlərdə çalışan şəxslər bildirir ki, əhali gözləmə mövqeyindədir. Bu isə evlərin qiymətinə təsirsiz ötüşmür.
Metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən və “Maklerlər bağı” kimi tanınan ərazidə, boyunlarına ev satışı ilə bağlı elanlar asan satıcılara rast gəlinsə də alıcı yoxdur.
Bolgexeber.com-un məlumatına görə, Rəhman adlı makler musavat.com-a bildirib ki, fevral ayından sonra mənzil bazarında qiymətlər nəzərəçarpacaq dərəcədə enib:
“Qiymətlərdə 15-20 min manat enmə var. Məsələn, əvvəl birotaqlı mənzili 65 minə satırdıqsa, indi 42 minə də tapmaq olar. Elə çoxotaqlı mənzillərin də qiymətində azalma var. Kirayə bazarında da zəiflikdir. Bakıda harada ev kirayə verilir və ya satılırsa, məlumatım olur. Avqust ayı ilə müqayisədə indi kirayə mənzil bazarında qiymətlər 30-50 manat aşağı düşüb.
Tikintidə işləyənlərin işdən çıxarılması, bir çox obyektlərin bağlanması nəticəsində rayondan bura işləməyə gələnlərin sayının azalması kirayə mənzil bazarın çökdürüb. İndi daha çox gənc ailələr kirayə mənzil axtarırlar. Bir də tələbələr... O da ki, təklif çox, tələb yox... Ona görə də qiymətlər enir”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər