Sabah dollar bahalaşacaq
14-11-2015, 17:50
Oxunub: 6 523
Avropada dövriyyəyə daha çox avro buraxıla bilər. Bu da Avronu ucuzlaşdırır
Bolgexeber.com “marja”ya istinadən bildirir ki, avro Avropa Mərkəzi Bankının prezidenti (AMB) Mario Draghinin Avro Bölgəsində iqtisadi risklərin "açıq bir şəkildə göründüyünü" deməsi və inflyasiya hədəfinə (2%-ə) çatılması üçün ehtiyac duyularsa, monetar ekspansiyanı (monetar təşviq) artıracaqlarını deməsinin ardından zəifləyib.
19 Avropa ölkəsinin vahid pul vahidi avro Draghinin Avropa Parlamentindəki çıxışında verdiyi şərhlərin ardından 16 əhəmiyyətli pul vahidinin hamısı qarşısında dəyər itirib. Avro dollar qarşısında aprel ayından bu yana ən aşağı səviyyəsinə yaxınlaşıb.
Avro dollar qarşısında 0,5 faiz düşərək (dollar bahalaşıb) 1,0695 səviyyəsini görüb. Avropanın ortaq pul vahidi 10 noyabrda 1,0675 dollar ilə 23 apreldən bu yana ən aşağı səviyyəsini görmüşdü.
Qeyd edək ki, Avropa Mərkəzi Bankı monetar təşviq yolu ilə bazardan istiqrazları alaraq dövriyyəyə əlavə avro buraxır.
Avro/dollar məzənnəsindəki dəyişikliklər AZN məzənnəsinə də ötürülür. Dolların bahalaşması ilə əlaqədar olaraq dollar/manat məzənnəsi 1,0503-ə çıxıb. Sabah dolların manat qarşısında bir az da bahalaşacağı gözlənilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər