WizzAir bilet qiymətlərini niyə qaldırdı? AÇIQLAMA
20-11-2015, 13:55
Oxunub: 6 528
Macarıstanın WizzAir lou-kost aviaşirkəti Budapeşt-Bakı-Budapeşt reyslərinə aviabiletlərin əvvəldə elan olunmuş qiymətlərdən daha baha olması məsələsini şərh edib
Aviaşirkətin mətbuat xidmətindən "Report"a bildiriblər ki, WizzAir hər zaman müştərilərinə şirkətə məxsus wizzair.com saytında ucuz biletlər təklif edir.
Mətbuat xidmətindən bildiriblər ki, biletlərin qiyməti tələbatdan irəli gəlir və adətən daha ucuz biletlər tez alınır, əldə isə başqa sinif biletlər qalır. Şirkətdən, həmçinin qeyd ediblər ki, bir həftə əvvəl WizzAir öz müştərilərinə bütün marşrutlar üzrə 20%-lik endirim təklif edib.
Qeyd edək ki, oktyabr ayının 28-də "Wizzair" və "Ground Handling Company" (Azərbaycan) arasında reyslərə xidmət üzrə müvafiq saziş imzalanıb. Uçuşlar həftədə 2 dəfə yerinə yetirilir. Bakı-Budapeşt istiqamətində aviabiletin qiyməti 39,99 avrodur.
Lakin hazırda şirkətin saytında Budapeşt-Bakı-Budapeşt marşrutu üzrə biletlərin qiyməti Basic sinifi üçün 210-230 dollar, Plus sinifi üçün 350-370 dollar göstərilib.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər