BolgeXeber.Com » İqtisadiyyat » İnternetin köməyi ilə evdən çıxmadan pul qazanmağın yolları

İnternetin köməyi ilə evdən çıxmadan pul qazanmağın yolları

25-11-2015, 19:01
Oxunub: 5 527 İnternetin köməyi ilə evdən çıxmadan pul qazanmağın yollarıİşsizlikdən, qazancının az olmasından şikayətlənən internet istifadəçiləri üçün qazanmağın ən optimal üsulu

Çox sayda insan var ki, işsizlikdən, qazancının az olmasından şikayətlənir. Lakin onların əlinin altında kompüter, internet kimi vasitələr var ki, bunların köməyilə evdən eşiyə çıxmadan yaxşı pul qazanmaq mümkündür. Sputnik NLP mütəxəssisi Babək Bayramovun təqdimatında sizə internetdən pul qazanmağın yollarını təqdim edir.

İnternetdən necə qazanc əldə edə bilərik?

"Online" olaraq qazanc əldə edə biləcəyin minlərlə yol var. Lakin bu yollardan bəziləri, tanımadığımız sirkətlərdəki maddi güc və insan gücü ilə əlaqədar olanlardır. Mən yalnız bir iş adamıyam və təxmin edirəm ki, siz də eləsiz. Buna görə də, mən sizə internet uzərindən qazanc əldə edə biləcəyiniz çok təsirli yollar göstərəcəyəm. İstifadəsi son dərəcə asan olan bu üsulla qazanc əldə etmə potensialının sərhədsiz olmasına siz də əmin olacaqsınız.

"Affiliate" proqramlarına giriş

Mən əminəm, bəziləri "affiliate" proqramlarından istifadə edərək möcüzəvi gəlirlər əldə edir. Lakin, tezliklə hamını eyni səviyyəyə gətirmək üçün affiliate proqramlarının nə olduğunu, nə kimi xüsusiyyətləri özündə birləşdirdiyini acıqlamağa ehtiyac duyuram. Əgər bu internet proqramları hələ kəşf etməmisinizsə, məlumunuz olsun ki, çox mühüm pul mənbəyini itirmisiniz. "Affiliate" proqramı nədir və necə işləyir,- əvvəlcə bu suala cavab verək. Bu proqramlar internet saytlarında müxtəlif formalarda tətbiq edilir, fəqət "affiliate" proqramlarının təməlindəki düşüncə, müxtəlif firmaların məhsullarını satın alacaq müştəriləri onların saytlarına göndərib, bu satiışın nəticəsində əldə edilən qazancın firmalarla sizin bölüşdürmənizdir. Insanları bir sayta göndərsəniz və əgər onlar bu saytdan bir şey alarlarsa, siz bu satışdan qazanc əldə edərsiniz. Sizə bu satışdan ya faiz, ya da sabit bir haqq ödənilir. Aşağıda bu proqramlara sahib olan bəzi saytları açıqlayıram. Dollar olaraq ödənilən məbləğlər, ay ərzində bir nəfərin bu proqramlar vasitəsi ilə nə qədər qazandığını göstərir. İnsanlar internet uzərindən böyük qazanclar əldə edirlər.

Posters.com------------ $5,000/ay

Sitesell.com------------ $10,000/ay

1HideOut.com--------- $3,000/həftə

Marketingtips.com---- $8,000/ay

Gen-fit.com------------ $18,000/ay

Pillstore.com----------- $50,000/ay

Keycode.com---------- $5,000/ay

Əgər affiliate proqramlardan birində uğur qazansanız, sizin həyatınız tamamilə dəyişəcək. Mən, ən az 40 fərqli Affiliate proqramında qeydiyyatdan keçmişəm. Heç də, bütün proqramlara baş vurmağa ehtiyyac da yoxdur. Bir neçə proqrama daxil olsanız belə, çoxlu gəlir əldə edə bilərsiniz. Xəyalınıza, satışları 5-20 dollar arasında dəyişən 10 müxtəlif afiliate proqramında işləməyi gətirə bilərsinizmi? Hər bir satış üçün sizə 15 dollar ödənərsə, ayda 22500 ilə 90000 dollar arasında qazanarsınız. Hər gün yalnız 1 satiş reallaşsa belə, hər bir affiliate üçün, ayda 450 dollardan çox pul qazanacaqsınız. Bütün bunları uydurma sana bilərsiniz, lakin mənə etibar edin, bu həqiqətdir. Mənim kimi internet uzərindən afifliate proqramlarını istifadə edən və bu proqramlardan yüksək qazanclar əldə edən minlərlə insan var. Yaxşı, bəs bunlar necə mumkun ola bilər?

Təbii ki, internetlə! Dunya miqyasında milyonlarla insana reklam etmək, "siçana" bircə toxunuşla mümkündür. İnternet, dunya tarixindəki ən güclü marketinq vasitəsidir. Məsələnin ən gözəl tərəfi isə, hamının effektiv marketinq vasitəsini istifadə etmək imkanının olmasıdır. Hər kəs kompüterlə və internetlə dunya miqyasında milyonlarla müştəri və böyük satışlar əldə etmək şansına sahibdir. Bu affiliate proqramlarının internetin gələcəyi üzərində böyük rolu var. Hər il online ticarətdə trilyonlarla dollar dövr etməkdədir və bu rəqəm getdikcə böyüyən bir nisbətdə artmağa davam edir. Təxminən, yaxın 2-3 il içinde online satışların yarısı bu affiliate proqramlarının yəni, bizlərin yardımıyla ediləcək. Hesablamalar üçün riyaziyyatı yaxşı bilməyə məcbur deyilsiniz, ticarət dövriyyəsindən pul qazanmaq üçün çox böyük fürsətiniz var.

Sizə çox gözləməməyi məsləhət görürük. İndi hərəkətə keçin! İndi, bu sistemdə rol almaq üçün ən yaxşı zamandır. Online olaraq bu affiliate proqramlarına nə qədər tez qatılsanız, çox yaxşı mövqeyə sahib olacaqsınız, internetdəki bazarın böyüməsi davam edəcək və siz, yalnız oturub qazancınınızın artışını izləyəcəksiniz.

Bir dəfə sistemi yaradıb qursanız, kompüter və internet geri qalan hər şeyi sənin əvəzindən edəcəkdir. Həftədə 3 saatdan da az zaman sərf etməklə, ayda 5000 dollardan da çox bir gəliriniz olar. Fəqət unutmayın ki, işləməyə nə qədər çox zaman xərcləsəniz, o qədər çox gəlir əldə edərsiniz. Bu proqramlar möcüzədir!sputnik