Kreditlər bağışlana bilərmi?
30-11-2015, 16:17
Oxunub: 6 382
Azərbaycanda 2,5 milyon kredit götürmüş vətəndaşımız var
Azərbaycandakı devalvasiyadan sonra vaxtı keçmiş kreditlərin məbləği sürətlə artsa da, bu, birbaşa bank sektorunun problemi deyil.
Bolgexeber.com fins.az-a istinadən bildirir ki, bunu ATV kanalının "İqtisadi zona" verilişində Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev deyib.
Onun sözlərinə görə, problemli kreditlərin artması ölkə iqtisadiyyatında baş vermiş mənfi dəyişikliklərin bank sisteminə təsirinin nəticəsidir.
Zakir Nuriyev son günlər geniş müzakirə obyekti olan vaxtı keçmiş kreditlərin bir hissəsinin bağışlanması barədə də fikrini bildirib:
"Kredit borclarının bağışlanması kimi bir anlayış yoxdur. Kredit borcu yalnız o halda bağışlana bilər ki, borcalan həyatda olmasın və krediti zaminsiz götürmüş olsun. Digər bütün hallarda banklar borclunun borcu ödəməsinə nail olmalıdır.
Bu gün Azərbaycanda 2,5 milyon kredit götürmüş vətəndaşımız var. Eyni zamanda isə təxminən 7,5 milyon əmanət hesabı olan vətəndaşımız var. Kredit borcunun bağışlanması, ödənilməməsi, faizlərin dondurulması kimi məsələlər ortaya qoyulan zaman biz milyonlarla əmanət hesabını sual altında qoymuş oluruq. Ona görə bu məsələ ümumiyyətlə müzakirə edilməməlidir".
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər