Rubl ölür: 1 dollar - 70 rubl
12-12-2015, 15:24
Oxunub: 6 489
Moskva birjasında avronun məzənnəsi 77 rubl, ABŞ dollarının məzənnəsi isə 70 rubl həddini keçib
Lent.az-ın TASS-a istinadən xəbərinə görə, Avropa və Amerika valyutasının məzənnəsi 2015-ci ilin avqust və sentyabr ayından sonra ilk dəfə belə yüksək olub. Rus rublunun qiymətdən düşməsinin səbəbi neftin qiymətinin aşağı düşməsidir. Belə ki, Londonun ICE birjasında Brent markalı neftin 2016-cı ilin yanvarına təhvil qiyməti bir barel üçün 37.96 dollar olub. Bu, 2008-ci ildən sonra neftin ən aşağı qiymətidir.
İraqın neft nazirinin verdiyi məlumata görə, qara qızılın belə qiymət itirməsinin əsas səbəbi hasilata hədd qoyulmamasıdır. Qeyd olunur ki, dekabrın əvvəlində toplaşan OPEK ölkələri nazirləri yenə də hasilat kvotası barədə razılığa gələ bilməyiblər. Nazirin sözlərinə görə, buna təşkilata daxil olmayan bəzi ölkələr mane olub. Rusiya Maliyyə Nazirliyində hesab edirlər ki, neftin qiyməti belə ucuz həddə çox qalmayacaq. Nazirliyin proqnozlarına görə, 2016-cı ildə qiymət bir barel üçün 50 ABŞ dolları həddində olacaq. Bundan başqa, Rusiya Maliyyə Nazirliyində bəyan ediblər ki, milli valyutanın 1 dollar üçün 100 rubl həddinə qədər ucuzlaşması üçün əsas yoxdur.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər