Neftin qiyməti 11 illik minimuma düşdü
21-12-2015, 12:32
Oxunub: 5 874
Neft OPEK kvotaları artırmaq qərarını qəbul etdikdən sonra ucuzlaşır
Neftin dünya qiymətləri 2004-cü ildə qeydə alınmış minimum həddə çatdıqdan sonra da ucuzlaşmağa davam edir. Bu barədə ICE qitələrarası birjasının məlumatlarına istinadən Rambler News Service məlumat yayıb.
Brent markalı neftin fevral fyuçerslərinin qiyməti ICE Futures London birjasında 1,34 faiz ucuzlaşaraq, bir barel üçün 36,14 dollardan ibarət olub.
Fevral müqaviləsi üçün minimal qiymət 36,17 dollardan ibarət olub, bu göstərici 2004-cü ilin 13 iyul tarixində olan minimal qiymətləri yeniləyib. Nyu-York əmtəə birjasında (NYMEX) elektron satışlarda WTI neftinin qiyməti 0,58 faiz ucuzlaşaraq, bir barel üçün 34,53 dollardan ibarət olub.
Neft dekabrın 4-də OPEK istehsal kvotalarını bir gün ərzində 30 milyondan 31,5 milyon barelə qədər artırmaq barədə qərarı qəbul etdikdən sonra ucuzlaşır.
Təşkilata daxil olan ölkələr hətta daha çox neft istehsal edirlər - 31,7-dən 32,2 milyon barelə qədər.
Qeyd edək ki, dekabrın 14-də Brent markalı neftin qiyməti Londonun İCE birjasında 3 faizdən artıq ucuzlaşaraq bir barel üçün 36,8 dollardan ibarət olub. Beləliklə də, Şimali dəniz markası 2008-ci ildən bu tərəfə minimum həddə qədər ucuzlaşıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər