Neft artıq su qiymətinə satılır
22-12-2015, 09:40
Oxunub: 5 948
Dünya bazarlarında neftin qiyməti 2004-cü ildən bəri görülməmiş həddə aşağı qiymətə satılır
“Brent” markalı xam neftin bareli 36.35 dollara düşüb. Körfəz ölkələrinin hasilat tempini aşağı salmamasına görə yaranan “neft bolluğu” effekti qara qızılın dəyərini son dərəcə ucuzlaşdırıb.
Düz bir il əvvəl “Brent” markalı neftin bareli 60 dollara satılırdı. İyun ayında isə bu qiymət nə az nə çox 115 dollar təşkil edirdi. Bazar ertəsi ABŞ-ın Xam Nefti də 40 sent ucuzlaşaraq, 34.17 dollara enib. Bu 2009-cu ildən bəri ən aşağı göstəricidir.
Qlobal bazara Rusiya və ABŞ-dan da külli miqdarda neftin çatmaqda olduğunu nəzərə alan analitiklər belə gedişlə ucuzlaşma trendinin dəyişməz qalacağını hesab edir. Hələ dünya neft bazarına 2016-cı ildə, nüvə ilə bağlı sanksiyaların qaldırılmasından sonra İran da qayıdaraq, öz seqmentini tutmağa çalışacaq.
Noyabr ayında 12 üzvlük OPEK hasilat həddini günə 30 milyon barel həcmində saxlamağı qərar verib. Bir çox ölkələrdə isə neftin ucuzlaşması istehlaçılar üçün faydalı olub. Britaniyada bununla əlaqədar benzinin 1 litrinin qiyməti 1 funt-sterlinqdən də aşağı düşüb. Sonuncu dəfə belə göstərici 2009-cu ildə qeydə alınıb. Digər tərəfdən isə ziyan çəkən neft şirkətləri gəlirlərin azalmasıyla əlaqədar investisiya və axtarış-kəşfiyyat xərclərini ixtisar etməyə məcbur olub.ans
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər