Varlılar və kasıblar: bütün dünya işləyir, 62 nəfər yeyir
19-01-2016, 09:29
Oxunub: 7 277
Dünyada bərabərsizlik getdikcə dərinləşir
“Oxfam” humanitar təşkilatının açıqladığı yeni hesabata görə, planetimizin 1% ən varlı ailələrinin mülkiyyəti yerdə qalan 99%-in varidatına bərabərdir
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, “Oxfam International” bu barədə qənaətə “Credit Suisse” və “Forbes”in faktlarına əsasən gəlib.
Hesabatda bildirilir ki, dünyanın 62 ən varlı insanının varidatı planetin 3,5 milyard kasıb insanının sahib olduqlarının ümumi həcminə bərabərdir. Bir il əvvəl bu göstərici 80 nəfərə, 2010-cu ildə isə 388 nəfərə bərabər olub və bu da zəngin təbəqənin hansı sürətlə öz vəsaitlərini artırdığını göstərir.
Hesabata görə, dünyanın ən zəngin 62 adamı son 5 ildə öz varidatını 44 faiz artıra bilib: onların ümumi sərvətinin həcmi 1,76 trilyon dollara çatıb. Dünya əhalisi son beş ildə 400 milyon nəfər artsa da, yoxsul kəsimin vəsaitləri həmin dövrdə təxminən 41 faiz azalıb.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər