Rusiyada dolların məzənnəsi tarixi rekord həddə çatıb- 80 rublu keçib
20-01-2016, 16:45
Oxunub: 5 897
Rusiyada bu gün ABŞ dollarının məzənnəsi 80 RUB/USD psixoloji həddini keçərək yeni tarixi maksimal səviyyəyə çatıb
"Report" xəbər verir ki, Bakı vaxtı ilə saat 15:30-da məzənnə 80,764 RUB/USD-yə yüksəlib. Qeyd edək ki, bundan əvvəlki rekord maksimal hədd 2014-cü il dekabrın 16-da 80,024 RUB/USD olub. Rublun kəskin zəifləməsi "Brent" markalı neftin qiymətinin bu gün 27,8 dollar/barel səviyyəsinə kimi enməsi ilə bağlıdır.
Bununla yanaşı, vahid Avropa valyutasının məzənnəsi də Rusiyada yeni rekord səviyyəyə çatıb və 88,00 RUB/EUR olub. Qeyd edək ki, tarixi rekord 2014-cü il dekabrın 15-də müşahidə olunub (100,448 RUB/EUR). Rublun avro ilə müqayisədə rekordu keçməməsinə səbəb isə o zaman dollar/avro məzənnəsinin 1,24 USD/EUR səviyyəsində olması ilə bağlıdır. Hazırda isə bu məzənnə 1,09 USD/EUR-a bərabərdir. Avro dollarla müqayisədə zəiflədiyi üçün rubl rekordu keçə bilməyib.
"Report"un analitik qrupu hesab edir ki, neftin ucuzlaşması prosesinin davam etməsi fonunda dolların məzənnəsinin 90 RUB/USD-yə, avronun isə 100 RUB/EUR-a yaxınlaşacağı proqnozlaşdırılır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər