Dollarla kreditlər manata konvertasiya ediləcək
1-03-2016, 09:44
Oxunub: 1 628
Hazırda Azərbaycanda özəl sektor o qədər də asan olmayan dövrünü yaşayır
Bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Bakı ofisinin rəhbəri Nil Makkeyn danışıb.
"Biz öz yerli tərəfdaşlarımıza yardım etmək niyyətindəyik ki, onlar bu dövrdən daha az zərərlə çıxsınlar", - deyə o əlavə edib.
Onun sözlərinə görə, AYİB Azərbaycandakı tərəfdaşlarına dollarda ayırdığı kreditləri manata konvertasiya etməyi planlaşdırır: "Bu, bütün müştərilərimizə aid olmayacaq. Çünki ixracla məşğul olan bəzi müştərilərimizə dollar kütləsi daha çox lazımdır. Konvertasiya yalnız buna ehtiyacı olan müştərilərə aiddir".
N. Makkeyn deyib ki, martın 1-də AYİB-in nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gələcək və səfər çərçivəsində manatla istiqrazların buraxılması müzakirə olunacaq. Bununla yanaşı, mövcud kreditlərin likvidlyi də müzakirə predmeti olacaq.
Avropa Yenidənqurma və İnkişaf Bankı beynəlxalq maliyyə təşkilatlarına daxidir. 1991-ci ildə 61 ölkənin və 2 beynəlxalq təşkilatın dəstəyi ilə Mərkəzi Avropa və Mərkəzi Asiya ölkələrinə kömək məqsədi ilə yaradılıb. (ans)
Çox Oxunanlar
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 5-02-2021, 18:14 : İlham Əliyevdən əmək pensiyalarının artırılması ilə bağlı SƏRƏNCAM
Gündəm
- 18-02-2021, 14:00 : Bələdiyyə sədrindən şəhid anasına: ” Allah bilir oğlun hansı dərədə ölüb “-Foto/Video
Gündəm
- 6-02-2021, 17:07 : Abdin Fərzəliyevdə “VURULDU” – icra başçısı vəzifəsinin yox , CANININ HAYIDADIR
Gündəm
- 5-02-2021, 15:20 : Prezident bu qanunu təsdiq etdi
Gündəm
- 17-02-2021, 17:14 : Tərtər İcra başçısı vaksinasiya prosesi ilə bağlı yaradılmış şəraitlə tanış olub
Gündəm
- Dünən, 18:28 : "İşğaldan azad olunmuş ərazilərimizə yeni nəfəs, yeni həyat qayıdır"
Xəbərlər
- 7-02-2021, 10:20 : İmişlidə Qarabağ veteranları və şəhid ailələri icra başçısından nədən şikayətçidir?-VİDEO
Gündəm
- Dünən, 15:35 : Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib
Xəbərlər
- 27-02-2021, 12:57 : Davud Atakişiyevin 41 yaşı tamam olur-TƏBRİKLƏR
Xəbərlər