BolgeXeber.Com » İqtisadiyyat » ƏMDK-nın 14 saylı ərazi idarəsi vətəndaşlara necə xidmət göstərir? VİDEO

ƏMDK-nın 14 saylı ərazi idarəsi vətəndaşlara necə xidmət göstərir? VİDEO

28-03-2016, 15:21
Oxunub: 5 358 ƏMDK-nın 14 saylı ərazi idarəsi vətəndaşlara necə xidmət göstərir? VİDEODaşınmaz əmlakın elektron qeydiyyatı layihəsi vətəndaşlara müfaviq orqanlara baş çəkmək zərurəti olmadan onlayn rejimdə kompleks xidmətlər göstərir

BTV-AZ-ın bir müddət öncə start verdiyi “Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşlarla necə işləyir?” adlı layihəsi öz axarıyla davam etməkdədir.Layihə çərçivəsində artıq bir çox bölgələrdə olaraq sakinlərin daşınmaz əmlak problemləri ilə maraqlanmışıq və aydın olub ki, Əmlak Məsələləri Dövlət Komitəsi sakinlərin çətinliklərini aradan qaldırmaq üçün əllərindən gələni əsirgəmirlər. BTV-AZ- olaraq bu dəfə Şamaxı və Qobustan rayonlarına üz tutduq. Orada olarkən Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidmətinin hər iki rayonu əhatə edən 14 saylı ərazi idarəsinin fəailiyyəti ilə maraqlandıq.Vətəndaşlar idarənin fəailiyyətindən öz razılıqlarını bildirdilər.

Qeyd edək ki,ötən ilin mart ayından etibarən Daşınmaz əmlakın elektron qeydiyyatı layihəsi vətəndaşlara müfaviq orqanlara baş çəkmək zərurəti olmadan onlayn rejimdə kompleks xidmətlər göstərir.Layihələrdən asılı olaraq onlara çıxış bir pəncərə sistemi vasitəsi ilə həyata keçirilir ki,bu da əhaliyə göstərilən xidmətlərin səviyyəsini xeyli artırmağa xidmət edir.