Azərbaycanda iri holdinqlər birləşdi
6-06-2016, 12:03
Oxunub: 1 911
Azərbaycanın dörd şirkəti birləşmək qərarına gəlib
Bu şirkətlər turizm, otelçilik, iaşə və qida sektorunda fəaliyyət göstərirlər. Söhbət iki holdinqə məxsus şirkətlərin indən belə hüquqi baxımdan eyni çətir altında işləyəcəyindən gedir.
Bolgexeber.com azadliq.org-a istinadən xəbər verir ki, qərara əsasən, «Shamkir City Hotel & SPA», «Xəzər-Turizm» və «Capital Partners» şirkətləri «Alterf» MMC-yə qoşulub. İlk iki qurum bunadək «Synergy Group» ASC şirkətlər qrupuna daxil olub. Müxtəlif sahələrdə fəaliyyət göstərən 28 şirkəti əhatə edən bu qrup təsis sənədlərində və başqa rəsmi hesabatlarda Əşrəf Kamilov adlı şəxsin sahibliyindədir.
Bir müddət öncə «Capital Partners» şirkətinin ləğvi barədə qərar ictimaiyyətə açıqlanmışdı. İndi isə bilinməyən səbəbdən bu şirkət aktivlərinin də «Alterf» MMC-nin tərkibinə daxil edilməsinə qərar verilib.
Xəbərdə bildirilir ki, «Excelsior Hotel Shamkir» 2012-ci ildən «Shamkir City Hotel & SPA» şirkətinin mülkiyyətində idi. Qədim alman memarlığına uyğun üslubda tikilən mehmanxanada, biri kral dərəcəli olmaqla, 53 nömrə var. Otelin təxminən 1,5 hektar ümumi sahəsi və ona bitişik ərazisi var.
«Xəzər-Turizm» MMC isə 2000-ci illərin əvvəllərindən Nabrandakı «Caspian Sea Resort» istirahət mərkəzini idarə edirdi. Burada bir necə hektar sahədə, ikisi VİP olmaqla, 28 kottec və villa inşa olunub.
«Synergy Group» otel biznesindən tam uzaqlaşmayıb və hazırda törəmə şirkəti «Azorchid Hotels» MMC vasitəsilə «Chinar Hotel & Spa Naftalan» və «Qalaltı Hotel SPA and Resort» komplekslərini yönəldir.
«Alterf» MMC-yə gəlincə, bu şirkətin Şəmkirdə bir neçə istirahət, əyləncə və iaşə obyekti var. Bunlar - «ŞəmŞirin» şirniyyat evi, Şəmkir Əyləncə Mərkəzi, «Borçalı» restoranı, «Abidələr» park-kafesi, «Şəmburg fast-food» restoranı, «Annenfeld» kafesidir. Əksəriyyəti Şəmkir Şəhər Parkı ərasizində yerləşən bu obyektlər son bir neçə ildə qurulub.
Çox Oxunanlar
- 8-06-2022, 14:00 : Ali Məhkəmə Qoca Səmədovun cəzasını azaltdı
Gündəm
- 2-06-2022, 14:30 : “Quru sərhədləri açılmalıdır, ancaq bu şərtlə ki,...” - Deputat
Müsahibə-Reportaj
- 10-06-2022, 17:26 : Milli qurtuluş günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür
Siyasət
- 8-06-2022, 16:30 : Bakıda bu çimərliklərdən istifadə etmək olmaz - Siyahı
Gündəm
- 6-06-2022, 16:02 : Kamaləddin Qafarov: “Bu sərgi neft-qaz sənayesi üzrə vacib beynəlxalq platformadır”
Siyasət
- 7-06-2022, 18:51 : Kamran Əliyev rayon prokurorlarına göstərişlər verdi
Gündəm
- 7-06-2022, 18:40 : Tərtərdə vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır
Bölgə
- 7-06-2022, 17:37 : Bakıda qanunsuz parkinq salan Xalq artisti: “Nə istəyirsiniz məndən?”
Gündəm
- 8-06-2022, 16:13 : “Uşaqların doğulanadək cins seçiminə Yox deyək!” adlı maarifləndirici tədbir keçirilib
Sosial
- 3-06-2022, 17:31 : “Ayağımdan gələn iy heç sənin ən bahalı ətrindən gəlmir” - Pərvin
Şou-Biznes