“Baltika-Bakı” nəyə görə naz edir? - Əgər bazarın 75% onların əlindədirsə...
2-07-2016, 15:06
Oxunub: 5 228
Ekspertin qənaətincə, şirkətin bağlanarsa, yüzlərlə insan işsiz qalacaq
Azərbaycanın ən böyük pivə istehsalçısı olan “Baltika-Bakı” şirkəti istehsalı dayandırmaqla bağlı qərar qəbul edib. Bu barədə şirkətin özündən bildirilib. Məlumata görə, avqustun 15-dən istehsalat müvəqqəti dayandırılacaq.
Azərbaycanda pivə bazarında ağır vəziyyətin yaranması nəticəsində 2015-ci il ərzində bazarın həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 20%, 2016-cı ilin ilk rübü ərzində isə daha 35% azalıb və bu tendensiya davam etməkdədir. Bu, ilk növbədə ölkədə yaranmış makro-iqtisadi vəziyyətlə və milli valyutanın üzləşdiyi iki devalvasiya ilə bağlıdır. Devalvasiyalar əhalinin alıcılıq qabiliyyətinə kritik şəkildə təsir göstərib. Bütün bunların fonunda şirkətin biznesinə, eyni zamanda qanunvericiliyin nizamlaması da təsir göstərir.
Qeyd edək ki, Azərbaycanda pivə bazarının 75%-dən çox hissəsinə malik olaraq pivə istehsalı sənayesinin lideri olan “Baltika-Bakı” Azərbaycanın qeyri-xammal sektorunun ən iri müəssisələrindən biri və yüzlərlə Azərbaycan vətəndaşının iş yeridir. Bu şirkətin bağlanması həm də yüzlərlə insanın işsiz qalması deməkdir.
Vəziyyəti dəyərləndirən iqtisadçı ekspert Natiq Cəfərli Savash.org-a məsələni bir neçə səbəblə izah edib:
"Şirkətin özü əsas səbəblərdən biri kimi maya dəyərinin artmasını göstərirlər. Suyun qiymətinin bahalaşması zavodun istehsalında maya dəyərinin həcminin artmasına gətirib çıxarıb. Burada da bir məntiq var. Doğrudan da pivə istehsalında su ən çox istifadə olunan elementdir. Bəzi məlumatlara görə, digər səbəblərdən biri də vergi orqanlarının iri şirkətlərdən çox böyük məbləğdə vergi tələb etməsidir. Vergilər Nazirliyi (VN) tələb edir ki, ilin əvvəllərindən bütün vergilər ödənilsin və ilin sonunda əvəzləşdirmələr aparılsın. VN -nin çox ciddi məbləğdə vergi planı var. Bunun da doldurulması üçün VN bu cür şirkətlərə basqılar edir. Bunun nəticəsidir ki, bu ilin birinci rübündə ümumdaxili məhsulun 4.5 faiz düşməsinə baxmayaraq VN planı 102 faiz yerinə yetidiyini bildirib. Burada bir təzad var. Şirkətin bağlanmasının digər səbəblərindən biri də onun adını dəyişib, yeni xarici brend adla fəaliyyətə başlaması ola bilər. Amma bunun üçün müqavilələr bağlanmalıdır. Özünə hörmət edən xarici şirkət adının belə məsələlərdə hallanmasına imkan verməz. Rəsmi müqavilələr və danışıqlar olmasa, adın dəyişməsi mümkün deyil. Adın dəyişdirilməsi çox zaman tanınmış şirkətlə müqavilə bağlandıqdan sonra ciddi effekt verir. Həm keyfiyyəti, həm də qiyməti artırmaq mümkün olur. Yeni alıcı kütləsi cəlb etmək olur. Amma hələlik görünən odur ki, şirkət maliyyə çətinlikləri ilə üzləşib".
Ekspertin qənaətincə, şirkətin bağlanarsa, yüzlərlə insan işsiz qalacaq: " Tək zavodda işləyənlər deyil, onun məhsullarını mağazalara paylayanlar və satışını həyata keçirənlər də işsiz qalacaqlar. Bu da, böyük bir problemə çevrilə bilər. Şirkət üstüörtülü ibarələrlə danışırsa, səbəblər barədə müxtəlif versiyalar səsləndiriləcək. Yaxşı olardı ki, şirkət maneələrin nədən ibarət olduğunu açıq -aşkar cəmiyyətlə bölüşsün. Maneələri elan etmək lazımdır ki, digər şirkətlərin başına bu işlər gəlməsin".
Digər iqtisadçı Nazim Bəydəmirli isə Baltika-Bakı”-nın hökuməti şantaj etdiyinisöyləyib: "Şirkətin istehsalı dayandırması analaşılan deyil. Bir şirkət pivə istehsalı sahəsində ölkədə monopolisdirsə və bazarın 75% onların əlindədirsə, istehsalın dayandırılması ilə bağlı verdikləri anonsun arxasına başqa məqsəd dayanır. “Baltika-Bakı” bu yolla hökumətin iqtisadi siyasətinə təsir edərək özünə müəyyən güzəştlər əldə etmək istəyir. Mən “Baltika-Bakı”nın addmını bu cür dəyərləndirirəm. Əgər bir neçə pivə istehsalı sahəsində məşğul olan şirkət bir araya gəlib belə bir qərar versəydilər, onda başa düşülən olardı".
Çox Oxunanlar
- 26-10-2024, 17:25 : İrandan ŞOK İDDİA- Qırıcılarını vurduq
Dünya / Xəbərlər
- 25-10-2024, 18:40 : Hava ilə bağlı XƏBƏRDARLIQ
Xəbərlər / Ölkə
- 2-11-2024, 18:54 : Bunu edən piyadalar cərimələnəcək?
Xəbərlər / Ölkə
- 15-10-2024, 16:34 : "Yalı çapkını"nın aktyorları nişanlandı
Şou-Biznes
- 17-10-2024, 14:56 : Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Ələsgərli kəndində keçirilib
Bölgə / Xəbərlər
- 17-10-2024, 20:58 : Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Ələsgərli kəndində keçirilib
Bölgə / Xəbərlər
- 15-10-2024, 11:22 : Ayselin arxiv fotosundan yazdılar: "Dünya tarixinin ən gözəl xanımı... "
Şou-Biznes
- 17-10-2024, 14:49 : Oğuzhan Koç yeni sevgilisi ilə ilk dəfə görüntüləndi
Şou-Biznes
- 16-10-2024, 16:52 : Hadisənin yeni sevgilisi kimdir? - Yan-yana görüntüləndilər
Şou-Biznes
- 15-10-2024, 15:10 : Xankəndidə Azərbaycan bayrağının ucaldılması tarixi qələbənin əbədi simvoludur
Analitika / Xəbərlər