Azərbaycanda çörək rəsmən bahalaşdı:Nazirliyin yalanı bir gün çəkmədi
30-07-2016, 09:56
Oxunub: 4 815
Azərbaycanda çörək bahalaşıb
Bolgexeber.com “APA”ya istinadən xəbər verir ki, pərakəndə satış nöqtələrində istehlakçılara təqdim olunan çörəyin qiyməti 10 qəpik artıb.
Satıcılar deyir ki, təchizatçılar bu gündən etibarən satış nöqtələrinə çörəyi yeni qiymətlərlə gətirir: “Məsələn, daha çox istehlak olunan və “zavod çörəyi” kimi tanınan məhsul bu gündən etibarən bizə 46 qəpiyə gətirilir. Təbii ki, biz də qiymət artımına getməyə məcbur olduq. Bundan öncə 40 qəpiyə satılan çörək hazırda 50 qəpiyə satılır. Çəkisindən asılı olmayaraq, çörəyin qiyməti 10 qəpik artıb”.
Qeyd edək ki, dünən İqtisadiyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev Gununsesi.info-ya açıqlamasnda bildirmişdi ki, əgər monitorinqlər zamanı qiymətlərdə dəyişiklik qeydə alınarsa, qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcək. “Ancaq hələ ki, aparılan monitorinqlər nəticəsində belə bir artım qeydə alınmayıb. Əgər çörəyin qiymətində artım qeydə alınarsa, bunun səbəbi mütləq araşdırılacaq” – deyə, o, vurğulamışdır.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər