BolgeXeber.Com » İqtisadiyyat » Türklər kütləvi şəkildə dollardan xilas olmağa çalışırlar

Türklər kütləvi şəkildə dollardan xilas olmağa çalışırlar

5-08-2016, 10:03
Oxunub: 3 277 Türklər kütləvi şəkildə dollardan xilas olmağa çalışırlarÇevriliş cəhdindən sonrakı iki həftə ərzində Türkiyə vətəndaşları 10,825 milyard dollar satıblar

Virtualaz.org bildirir ki, məlumatı Anadolu agentliyi avqustun 4-də Türkiyənin Mərkəzi Bankına istinadən yayıb.

Məlumatda deyilir ki, Türkiyədə xarici valyutada depozitlərin həcmi iyulun 15-dən 29-dək 6,2% və ya 174.1-dan 163,3 milyard dollara qədər azalıb.

Onu da qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çevriliş cəhdindən sonra vətəndaşların dolları kütləvi şəkildə satmalarını “vətənpərvərlik təzahürü” adlandırıb.