BolgeXeber.Com » İqtisadiyyat » “07" qiymətinə iPhone 7 Bakı mağazalarında

“07" qiymətinə iPhone 7 Bakı mağazalarında

21-09-2016, 10:58
Oxunub: 4 086  “07" qiymətinə iPhone 7 Bakı mağazalarındaYeni modelin ən ucuz versiyasının qiyməti 1999 manatdır

Ayfon-7-nin (iPhone7) təqdimat mərasimi sentyabrın 9-da ABŞ-ın San Fransisko ştatında baş tutub. Yeni smartfonlar “IPx7" standartı ilə toz və nəmdən mühafizə olunur və suyun altında yarım saata qədər qala bilir. SİM-kartdakı rezin təbəqə bunu sübut edir.

Telefonun fotolarında iki moduldan ibarət yeni işıq diodu da görünür. Yenilənmiş “True Tone” texnologiyası sayəsində kifayət qədər işıqlandırma olmayan məkanlarda daha dəqiq balans əldə etmək mümkün olacaq.

Yeni fotolar başqa bir informasiyanı da təsdiqləyir: iPhone 7 4K formatında saniyədə 60 kadr tezliyi ilə video çəkə biləcək ilk smartfondur.

Yeni iPhone və yeni versiya nömrəsi bir çox hallarda bu, tamamilə yeni model üçün istifadə olunur. Yeni Apple smartfonunun üzləşəcəyi bir sıra yeniliklər bunlardır:
iPhone 7 modeli demək olar ki, iPhone 6 ilə eyni görünüşə malikdir. Əsas fərqi isə nisbətən sadə dizaynı və arxasında olan antena xətlərinin yoxa çıxması olacaq.
Sadəcə, böyük iPhone 7 modelində gözlənilən bu kamera ilə siz böyüdülmüş şəkil imkanı əldə edəcəksiniz. Bəzi rəqiblər tərəfindən istifadə olunan bu xüsusiyyətlə çəkilən şəkillərdə dəqiqliyi artırmaq mümkün ola bilər. Standart ölçülü iPhone 7 modelində əlavə kamera olmasa da, kamera xüsusiyyətlərində bir sıra yeniliklər olacaq.
Ən çox gözlənilən və arzu olunan yeniliklərdən olan daxili yaddaş dəyişikliyi çoxlarını sevindirir. Apple şirkəti standart iPhone 7 modelini 16 GB əvəzinə minimal 32 GB daxili yaddaşla təmin edəcək.

Baku.ws portalının verdiyi xəbərə görə, Applenin yeni telefonlarının qiymətləri fərqlidir və aşağıdakı kimidir:

«IPhone 7» 32GB - $ 1250 (2046 AZN)
«IPhone 7» 128GB - $ 1500 (2455 AZN)
«IPhone 7» 256GB - $ 1750 (2864 AZN)
«IPhone 7 Plus» 32GB - $ 1550 (2537 AZN)
«IPhone 7 Plus» 128GB - $ 1700 (2782 AZN)
«IPhone 7 Plus» 256GB - $ 1800 (2946 AZN)

Əməkdaşımız şəhərdəki mobil telefon mağazalarında yeni İPhone telefonlarının satışı ilə maraqlanıb. “İrşad Telecom”dan “Yeni Müsavat”a bildirildi ki, hələlik onlarda satışda İphone 7 yoxdur. Bu ayın sonlarında yeni buraxılışın satışına başlanacaq.

“NLT Telecom”dan isə dedilər ki, yeni İPhone 1999 AZN məbləğinə satılır. Satıcı bildirdi ki, ancaq sifarişlə bu telefondan gətirirlər, həm də bir neçə saata: “Dünən satış qiyməti 2046 manat idi, bu gün 1999 manata düşüb”.

“Kontakt” firmasından isə bildirdilər ki, hələlik onlara bu telefondan gətirməyiblər. Amma yaxın zamanlarda satışda olacaq.

Bu arada mühüm bir detalı da bölüşək. İPhone 7 “home” düyməsi müəyyən vəziyyətlərdə işləməyəcək. Ağıllı telefonların ən böyük çətinliklərindən biri qış aylarında əlcəklə istifadə oluna bilməsidir. İnkişaf edən texnologiyayla birlikdə bir çox ağıllı telefon istehsalçıları cihazları üçün əlcək rejimi (nümunə Huawei) gətirdilər.

“Apple” yeni qurğularındakı “home” düyməsini götürüb, özünə aid bir texnologiyayla çıxarılan (Taptic Engine) düyməsindən istifadə edəcək. iPhone 7-nin ən fərqli xüsusiyyətlərindən biri də bu yeni “home” düyməsidir. Əlcək geydiyimiz zaman dərimiz tamamilə bağlı vəziyyətdə olacağı üçün “home” düyməsi və bu səbəbdən “Touch ID” tamamilə istifadəsiz olacaq.

iPhone 7 və iPhone 7 Plus smartfonlarının ilk alıcıları qeyri-adi problemlər ilə qarşılaşıblar.

Belə ki, yüksək gərginlik zamanı cihazlardan qəribə səslər gəlir. DetroitBORG və 512 Pixels adlı youtube kanallarının müəllifləri həmin problemin təsviri baxımından video paylaşıblar. Problem isə “HissGate” adlandırılıb.

“512 Pixels” kanalının yaradıcısı Stiven Hakett bildirib ki, Apple şirkətinin artıq problemdən xəbəri var. Çox güman ki, sözügedən problem istehsal olunmuş müəyyən tiraj cihazlarda yaşanır. Qəribə səslər çıxardan smartfonları 5-7 gün ərzində problemsiz digər cihazlar ilə əvəz etmək olar. Apple isə rəsmi olaraq bu barədə heç bir fikir bildirməyib.

Sevinc TELMANQIZI