BolgeXeber.Com » İqtisadiyyat » “Bank Standard”ın lisenziyası ləğv olunub

“Bank Standard”ın lisenziyası ləğv olunub

30-09-2016, 20:29
Oxunub: 4 096 “Bank Standard”ın lisenziyası ləğv olunub“Bank Standard” kommersiya bankının lisenziyası oktyabrın 1-dən etibarən ləğv edilir

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.

Onun sözlərinə görə, Palata bu qərarını 4 iyul 2016-ci il tarixindən banka sağlamlaşdırıcı təyin olunmuş “Azər-Türk Bank” və“Bank Standard”ın yeni menecmentinin müraciəti əsasında, dövlət maliyyə qurumları, Maliyyə Nazirliyi və Mərkəzi Bank ilə məsləhətləşməklə qəbul edib.

“Ötən dövr ərzində bankın yeni menecmenti bir neçə sağlamlaşdırma ssenarsi təklif etsə də bunların heç biri bankın maliyyə dayanıqlığının bərpası üçün yetərli olmayıb.

Bu dövrdə bankın üzləşdiyi kəskin likvidlik probleminin həlli məqsədilə Mərkəzi Bank tərəfindən banka əlavə likvidlik dəstəyi göstərillsə də, ödəmə qabiliyyətinin tam bərpası, əlavə kapital inyeksiyası olmadan isə onun itkilərinin qarşısını almaq mümkün olmamışdır”, - R.Aslanlı deyib.

Qeyd edək ki, bankda 520 milyon manat məbləğində əmanətlər var. Bunun 460 milyon manatı qorunan əmanətdir. Bu qorunan əmanətlərin 38 milyon manatı manatda, təxminən 260 milyon dollar ekvivalentində isə müxtəlif xarici valyutalardadır. Hesaba malik olan 260 minə yaxın əmanətçi mövcuddur. Amma real hesabda onların 40 minə yaxını əmanətlərini gəlib alacaq.