''Dünya elektro-mobil avtomobillərə keçir, biz hələ də BMW X6 alırıq'' - Qubad İbadoğlu
7-10-2016, 14:14
Oxunub: 4 615
Tanınmış iqtisadçı alim Qubad İbadoğlu ölkəmizin iqtisadi platformada yeritdiyi siyasəti dünya iqtisadi siyasətinin fonunda dəyərləndirərək, öz fikirlərini sosial şəbəkədəki səhifəsində paylaşıb
İqtisadçının statusunu oxucularımıza təqdim edirik:
"Sivil dünya ticarətdə açıqlığı, biz himayəçiliyi dəstəkləyirik. Sivil dünya gömük tariflərini aşağı salır, Azərbaycan gömrük rüsumlarını artırır.
Sivil dunya elmə və inkişafa (R&D) sərmayəni artırır, müasir Azərbaycan elmə və inkişafa sərmayəni ixtisar edir. Bu illə müqayisədə gələn ilin dövlət büdcəsində elm xərcləri 7,3 faiz az, dövlət əsaslı vəsait qoyuluşu 38 faiz az proqnozlaşdırılıb.
Sivil dünya innovativ məhsullara investisiya edir, bilik iqtisadiyyatıı yaradır, beyin məhsulu satır, müasir Azərbaycan ənənəvi təsərrüfatçılıq məhsullarına - pambıqa, tütünçülüyə, baramaçılığa - qayıdır.
Sivil dünya rəqabəti, müasir Azərbaycan inhisarçılığı dəstəkləyir, mərkəzləşdirilmə funksiyasına malik dövlət “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti yaradır və onun fəaliyyətinə prezidentin ehtiyat fondundan dəstək verilir.
Sivil dünya xüsusi mülkiyyəti qoruyur, onun sahibinin hüquqlarını artırır, müasir Azərbaycan sosial ehtiyaclar üçün mülkiyyətin məhdudlaşdırılmasına dair Konstitusiyaya dəyişiklik edir.
Sivil dünya mülkiyyət sahiblərinə dair informasiyaları açıqlayır, müasir Azərbaycan həmin məlumatlara girişi məhdudlaşdırmaqla yanaşı onları yayanları cəzalandırır.
Sivil dünya izafi xərclər yaradan idman yarışlarından və əyləncələrdən imtina edir, müasir Azərbaycan birinci və sonuncu Avropa oyunlarına ev sahibliyi edir, dördüncü İslam Həmrəyliyi Oyunlarına bir necə gün üçün 211,7 milyon manat, elmə 1 il üçün 125 milyon manat büdcədən vəsait ayırır.
Sivil dünya elektro-mobil avtomobillərə keçir, müasir Azərbaycan hələ də yanacaq sərfi yüksək olan "Lexus LX 570", "BMW X6"-ya üstünlük verir.
Dünya iqtisadiyyati 2,4 faiz artımla irəli, Azərbaycan iqtisadiyyatı 3,1 faiz enişlə geri gedir.
Sizcə, biz hara gedirik? Bəlkə sivil dünya yolunu azıb?!"
Çox Oxunanlar
- 14-09-2024, 17:58 : Ordumuzun əsgəri bədbəxt hadisə nəticəsində həyatını itirdi
Xəbərlər / Ölkə
- 21-09-2024, 18:46 : Antoni Blinken Azərbaycan xalqını təbrik edib
Siyasət / Xəbərlər
- 28-09-2024, 16:52 : DİQQƏT- Bu yolda avtobus zolağı ləğv olunur
Xəbərlər / Ölkə
- 5-10-2024, 17:56 : Bakı-Qazax yolunda ağır yol qəzası olub
Xəbərlər / Ölkə
- 18-09-2024, 17:56 : ÇL oyunlarına baxmaq istəyənlərin NƏZƏRİNƏ
İdman / Xəbərlər
- 16-09-2024, 17:57 : Sərhəddə atışma olub- Erməni hərbiçilər...
Dünya / Xəbərlər
- 7-09-2024, 16:21 : Daha bir cüdoçumuz finala yüksəlib
İdman / Xəbərlər
- 7-09-2024, 14:16 : Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazandı
İdman
- 14-09-2024, 17:15 : Türkiyə gözəlindən TƏNQİDLƏRƏ CAVAB
Şou-Biznes
- 14-09-2024, 14:29 : Formula-2: Bakıda sprint yarışı start götürdü
İdman