Azərbaycanda qurbağa biznesini quran şəxs kimdir? - FOTOLAR
17-10-2016, 16:55
Oxunub: 5 285
Xəbər verdiyimiz kimi, Azərbaycanda qurbağa ətinin istehsalına başlanılıb
Ölkəmizdə ilk dəfə olaraq bu sahədə biznes quran sahibkar “Azərifrog” MMC adı ilə 2015-ci ildən qeydiyyata düşən şirkətin rəhbəri Rauf Hüseynzadədir.
Uzun müddətdir Fransada yaşayan R.Hüseynzadə AzVision.az-a açıqlamasında niyə məhz qurbağa biznesinə başlamasının səbəbini izah edib: “Azərbaycan Dövlət Neft Akademiyasını (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti-red) bitirmişəm. Daha sonra Fransanın Nantes şəhərində eyni adlı universitetin MBA üzrə magistraturasında təhsil almışam. 8 ildən çoxdur ki, Fransada yaşayıram. Orada günlərin bir günü restoranda yemək yeyəndə qurbağa əti mənə maraqlı gəldi. Öyrəndim ki, Fransada qurbağa əti zənginlərin süfrəsində yer alır. Bundan sonra bu sistemi Azərbaycanda qurmaq qərarına gəldim”.
Rauf Hüseynzadə qurbağa ferması yaratmaq üçün Braziliyadan Azərbaycana xüsusi növ yumurtalar gətirdiyini deyib: “Brazilyadan xüsusi qurbağa növləri gətirmişəm. Bu işə başlamazdan öncə kurslara getdim, qurbağa haqqında çoxlu məlumatlar əldə etdim. Bu ideyanı Azərbaycanda həyata keçirmək üçün şirkət açdım. Hazırda dünyanın 3 ölkəsinə Fransa, İspaniya və Çinə qurbağa əti ixrac edirəm. Qurbağanın dərisindən kosmetik vasitələrdə istifadə edilir. Əti isə delekates kimi yeyilir”.
Şirkət rəhbəri qeyd edib ki, yaxın günlərdə Fransa və İspaniyaya 10 ton qurbağa əti göndəriləcək. Onun sözlərinə görə, xüsusi növ qurbağa ətinə təlabat çoxdur.


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər