Amerika Ticarət Palatası: Azərbaycanda internet tarifləri yüksəkdir
22-11-2016, 14:55
Oxunub: 5 386
Hazırda Azərbaycanda 1-ci səviyyəli iki İnternet Xidmət Provayderi olan “Delta Telecom” və “AzerTelecom” arasında qarşılıqlı əlaqə yoxdur, bu da xidmət səviyyəsinə öz mənfi təsirini göstərir və onların müştəriləri üçün informasiya təhlükəsizliyi ilə bağlı müəyyən risklər yaradır
Bolgexeber.com Report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) hazırladığı “Azərbaycanın biznes mühitinin təkmilləşdirilməsi üzrə müşahidə və tövsiyələr” (“Ağ sənəd – White paper”) adlı sənəddə, İnformasiya Kommunikasiya texnologiyaları ilə bağlı tövsiyələrdə bildirilir.
“AmCham”ın ölkə prezidentinə təqdim etdiyi sənəddə deyilir ki, Azərbaycanda internet tarifləri yüksəkdir: “Bu qarşılıqlı əlaqənin çatışmazlığı həmçinin ölkədə internet tariflərinin yüksək olmasının da səbəbi hesab olunur”.
“Ağ vərəq”də ötən ilin noyabrında “Delta Telekom”da baş vermiş qəza haqqında da məlumatlar yer alıb: “Hazırda Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi (XRİTDA) dövlət qurumlarına 2-ci səviyyəli İnternet Xidmət Provayderi kimi xidmət edir. XRİTDA öz internet mənbəyini 1-ci səviyyəli İnternet Xidmət Provayderi olan “Delta Telecom” şirkətindən əldə edir. Ötən ilin 16 noyabr tarixində “Delta Telecom”da qəza baş verib və bunun nəticəsində dövlət qurumlarının internetlə təminatında dayanmalar olub. Tövsiyəmiz ondan ibarətdir ki, XRİTDA ehtiyat internet mənbəyinin olması üçün yuxarıda göstərilən 1-ci səviyyəli provayderlərin hər ikisindən istifadə etsin. Biz həmçinin ölkə üçün çox önəmli hesab olunan bəzi şirkətlərdə də ehtiyat mənbədən istifadənin tətbiqinin dövlət tərəfindən tənzimlənməsini də tövsiyə edirik. Həmçinin, ölkənin 2 birinci səviyyəli İnternet Xidmət Provayderi arasında qarşılıqlı əlaqənin yaradılması məsələsi ölkə üçün mühüm hesab olunur və bu işi gecikdirmək olmaz. Nəticədə ölkədə son istifadəçilər üçün internet tariflərinin azaldılmasına da müsbət təsir göstərəcək” – sənəddə qeyd olunur.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər