“Bakcell” “Nar”-ı alıb?
24-11-2016, 11:37
Oxunub: 6 285
“Bakcell”in “Azerfon”u satın alması barədə xəbərə “Azerfon” şirkətindən rəsmi münasibət bildirilib
Bolgexeber.com Marja-nın sorğusuna cavab olaraq “Azerfon” MMC-nin mətbuat xidmətindən göndərilən məlumatda deyilir:
“Bu məlumat şayiədir və biz şayiələrə heç bir şərh vermirik.
O ki qaldı cari vəziyyətə, “Azerfon” və “Bakcell” şirkətləri müstəqil fəaliyyət göstərir və öz xidmətlərini abunəçilərinə təqdim edirlər.
Qlobal tendensiyalar və bir çox ölkələrin təcrübəsinə uyğun olaraq, hər iki operator baza stansiyalarının müştərək istismarı və müvafiq texniki xidmətlərin inteqrasiyası vasitəsilə xidmətlərinin keyfiyyətinin daha da artırılması istiqamətində çalışırlar.
Qlobal səviyyədə müşahidə olunan iqtisadi resessiya şəraitində və abunəçilərinin daha yaxşı xidmətlərdən yararlanması üçün mobil operatorlar öz fəaliyyətlərində davamlı təkmilləşdirməni təmin etmək məqsədilə yeni modellər tətbiq edirlər.
Carı proses nəticəsində hər iki mobil operator öz abunəçilərini yüksək keyfiyyətli xidmətlərlə təmin etmək üçün şəbəkənin daha da gücləndirilməsi istiqamətindəki işləri davam etdirəcək”.
10:40
Azərbaycanın mobil rabitə operatoru Bakcell MMC-i digər mobil rabitə operatoru “Azerfon” MMC-ni (Nar Ticarət Brendi) satın aldığı bildirilir.
Bolgexeber.com xəbər verir ki, bu barədə Marja-ya şirkətə yaxın mənbələr bildirib.
Məsələ ilə əlaqədər Bakcell və Nar mobile-ın rəsmi mövqelərini öyrənməyə çalışırıq.
“Azərfon» şirkətinin mətbuat xidmətinin rəhbəri Əziz Axundov Marja-ya bildirdi ki, məsələ barədə şirkətin rəsmi açıqlaması tezliklə ictimaiyyətə təqdim ediləcəkdir.
“Çox qısa müddətdə sizə dəqiq məlumat verəcəyəm”- deyə o bildirib.
Çox Oxunanlar
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 13-04-2024, 14:14 : Dilanın Bakıdakı gözəllik mərkəzi satışa çıxarıldı
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes