Deputat hökuməti tənqid etdi:"300 milyona görə insanlarda narazılıq yaratmağa ehtiyac vardımı?"
8-12-2016, 11:23
Oxunub: 4 440
Azərbaycanda "kölgə iqtisadiyyatı”nın 10% daralması nəticəsində dövlət büdcəsinə 500 mln. manat həcmində əlavə gəlir gələ bilər
Bolgexeber.com Gununsesi.info-ya istinadən xəbər verir ki, bunu millət vəkili Əli Məsimli Milli Məclisdə (MM) 2017-ci il dövlət büdcəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, dünya praktikasında belə hal mövcuddur: "Belə ki, korrupsiyaya qarşı mübarizəni gücləndirməklə, korrupsiya hesabına qazanılan pullarını bir hissəsini büdcəyə istiqamətləndirmək mümkündür. Hesablama aparmışam, təkcə "kölgə iqtisadiyatı”nı onca faiz daraltmaqla, büdcəyə 500 milyon manat vəsait yönəltmək olar. Halbuki, insanları narazı salmaqla, qaz və elektrik enerjisinin qiymətini qaldırmaqla büdcəyə 300 milyon manat vəsait daxil olacaq. 300 milyon manata görə insanlarda narazılıq yaratmağa ehtiyac var idimi?!”.
Millət vəkili deyib ki, Tarif Şurasının son qərarı istehsal müəssisələri və iş yerlərinin bağlanması ilə nəticələnəcək. "Bir yandan hökumət yeni istehsal sahələri açmaqla , yeni iş yerləri yaradır, digər tərəfdən isə qaz və elektrik enerjisinin qiymətini qaldırmaqla yaradılan istehsal sahələrini bağlamış, iş yerlərini qapatmış olur.
Təsəvvür edin, indi istixanası və ya emal, istehsal obyekti olan şəxs dünənə kimi 20-30 min manat yanacağa və elektrik enerjisinə vəsait xərcləyirdisə, qiymətlərin qaldırılması şəraitində bu xərclər iki dəfə artacaq. Bu halda, yəni, sahibkar artan xərcə görə qiymətləri qaldırmalıdır. Qiymətləri qaldırsa, sahibkar rəqabətdə uduzacaq. O, məhsulunu daxili və xarici bazarda sata bilməyəcək. Nəticədə fəaliyyətlərini dayandıracaqlar. Bu da işsizliyin artmasına səbəb olacaq”-deyə, millət vəkili vurğulayıb. Ə.Məsimli hesab edir ki, hökumətin belə bir "yarımçıq siyasəti” neftdənkənar sahənin inkişafına ciddi mane olan amildir.
Çox Oxunanlar
- 14-09-2024, 17:58 : Ordumuzun əsgəri bədbəxt hadisə nəticəsində həyatını itirdi
Xəbərlər / Ölkə
- 21-09-2024, 18:46 : Antoni Blinken Azərbaycan xalqını təbrik edib
Siyasət / Xəbərlər
- 28-09-2024, 16:52 : DİQQƏT- Bu yolda avtobus zolağı ləğv olunur
Xəbərlər / Ölkə
- 5-10-2024, 17:56 : Bakı-Qazax yolunda ağır yol qəzası olub
Xəbərlər / Ölkə
- 18-09-2024, 17:56 : ÇL oyunlarına baxmaq istəyənlərin NƏZƏRİNƏ
İdman / Xəbərlər
- 16-09-2024, 17:57 : Sərhəddə atışma olub- Erməni hərbiçilər...
Dünya / Xəbərlər
- 7-09-2024, 16:21 : Daha bir cüdoçumuz finala yüksəlib
İdman / Xəbərlər
- 7-09-2024, 14:16 : Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazandı
İdman
- 14-09-2024, 17:15 : Türkiyə gözəlindən TƏNQİDLƏRƏ CAVAB
Şou-Biznes
- 14-09-2024, 14:29 : Formula-2: Bakıda sprint yarışı start götürdü
İdman