“Dollarsız Azərbaycan iqtisadiyyatı ola bilməz” - Ekspert iddialara son qoydu
10-12-2016, 10:20
Oxunub: 5 928
Artıq heç bir ölkədə dollarsız stabil iqtisadiyyat yoxdur
İqtisadçı Vüqar Bayramov dolların Azərbaycanda istifadədən çıxarıla biləcəyi ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib. Modern.az-ın məlumatına görə, ekspert birmənalı şəkildə qeyd edib ki, ölkəmizdə dollardan istifadənin qadağan edilməsi mexanimzi yoxdur.
“Ona görə də, narahat olmayın. Dollar olmasa, idxal da olmayacaq və ölkəyə məhsul gəlməyəcək. Artıq heç bir ölkədə dollarsız stabil iqtisadiyyat yoxdur. Bəzi bankların dollar alışını dayandırması “qara bazar” ilə bağlı aparılan yoxlamalarla əlaqəli idi. Bankların əksəriyyəti yenidən dollar alışını davam etdirirlər. Qeyd edim ki, “qara bazar” ilə bağlı açıqlamalarımızdan sonra son 2 gündə bu istiqamətdə xeyili rəsmi araşdırmalar aparılıb. Banklardakı son kadr dəyişikliklərinin də məhz araşdırmalar ilə bağlı olduğu güman edilir. Mən “qara bazar”ın ləğvinin və dolların banklarda satılmasının tərəfdarıyam. Aydındır ki, əgər bank dollar satmayacaqsa heç bir halda “qara bazar” ləğv edilə bilməyəcək. Buna görə də, bütün sivil ölkələrdə olduğu kimi, dollar “qara bazar”da, metrostansiyaların yanında və ya qaranlıq otaqlarda deyil, banklarda satılmalıdır. Belə görsənir ki, hökumət banklarda dollar satışını bərpa etməyə çalışır. Təbii ki, bunun nə zaman və necə reallaşacağını indidən söyləmək çətindir”.
Vüqar Bayramov bildirib ki, Türkiyənin region ölkələrinin xarici ticarət əməliyyatlarını milli valyutada aparması ilə bağlı təklifi də orta və uzun müddətli dövr üçün aktual olmayacaq.
“Belə sövdələşmələr ümumiyyətlə Azərbaycanın iqtisadi maraqlarına uyğun deyil. Azərbaycan ixracı atırmaqla ölkəyə dönərli valyutanın daxil olmasında maraqlı ölkədir. Bütövlükdə isə, əmin olun ki, dollar ölməyəcək. Dünyanın 12 tirlyon dollarlıq ekvivalentidən olan ehtiyatlarının 8 tirlyona yaxını ABŞ dolları ilə saxlanılır. Sizcə, dünya 8 tirlyon dollarlıq ehtiyatın “ölməsinə” hazırdırmı?”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər