Yeni ilə qədər dolların məzənnəsi 2 manata çatacaq
14-12-2016, 13:48
Oxunub: 5 121
“Xarici ticarətin müsbət saldosuna nail olmaq lazımdır. Hələlik ticarət balansında 5 milyard manatlıq kəsir var”
Yeni il bayramına qədər ölkəmizdə dolların proqnozlaşdırılan məzənnəsini müəyyən etmək üçün virtualaz.org-un əməkdaşları bir neçə iqtisadçıya müraciət edib. Qeyd edək ki, onların fikirləri bir-birindən kifayət qədər fərqlənir.
Vüqar Bayramovun fikrincə, ölkədə iqtisadi vəziyyət iki ssenari üzrə inkişaf edə bilər. Bundan asılı olaraq, dollar tədricən. yaxud ildırımsürətli yüksələcək.
“Əgər Mərkəzi Bank indiki siyasətini davam etdirsə, 2017-ci ilin yanvarında dolların məzənnəsi 1,95 manata çatacaq. Yox, əgər AMB manatın məzənnəsini tamamilə liberallaşdırsa, qısa müddətdə dolların qiyməti 2,20-2,50 səviyyəsinə qalxacaq”, - V.Bayramov deyib.
Manatın məzənnəsinə təsir edən iki amil barədə Milli Məclisin deputatı Vahid Əhmədov da danışıb. Bunlardan birincisi ixracat-idxalatın artması, yaxud azalmasıdır. Daha dəqiq desək, ixracatı artırmaqla, idxalatı azaltmaq mükün olacaqmı.
“Xarici ticarətin müsbət saldosuna nail olmaq lazımdır. Hələlik ticarət balansında 5 milyard manatlıq kəsir var”, - ekspert deyib.
İkinci amil isə, onun fikrincə, dünyada neftin qiymətlərinin xeyli artmaq perspektividir: “Neftin qiyməti qalxarsa, manatın məzənnəsini indiki səviyyədə saxlamaq mümkündür. İstənilən halda, manat tənzimlənən sərbəst üzməyə keçəcək, lakin bu o demək deyil ki, Mərkəzi Bank daxili valyuta bazarında vəziyyətə təsir etmək iqtidarında olmayacaq”. V.Əhmədovun fikrincə, dolardan imtina mümkün deyil, lakin tədricən milli valyuta öz real gücünü tapacaq, daxili və xarici investorların işgüzar fəaliyyətinə müsbət təsir göstərəcək.
Ölkənin qocaman iqtisadçısı Oqtay Haqverdiyev isə bildirib ki, artıq 2017-ci ilin əvvəlində dollar 2 manat səviyyəsinə çatacaq. Onun sözlərinə görə, dövlət büdcəsinin gələn il builkindən az olması onu göstərir ki. iqtisadiyyatda vəziyyət çətin olacaq. “Çox şey neftin dünya bazarlarında qiymətindən asılıdır. Gələn il isə neftin qiyməti, yəqin ki, 40-60 dollar arası olacaq”, - ekspert bildirib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər