Ekspert: Dollar 3 manat 50 qəpiyə qədər bahalaşa bilər
6-01-2017, 16:47
Oxunub: 5 184
“Hökumәtin nəzərdə tutulan tədbirləri həyata keçirməyəcəyi təqdirdə, 1 dollar üçün məzənnə 2 manat 20 qəpik - 2 manat 50 qəpik arasında qərarlaşacaq”
Bolgexeber.com xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) analitiki Rəşad Həsənov deyib.
Onun sözlərinə görə, uzunmüddətli dövr üçün manatın məzənnəsinin hәdlәrini müəyyənləşdirmək çox çətin olacaq: “Nə qədər ki, Azərbaycan ucuz neft satacaq, o qədər də manatın məzənnəsində ucuzlaşma prosesi davam edəcək.
Çünki hazırkı neft qiymətləri tədiyə balansındakı fərqi stabilləşdirmək üçün kifayət etmir və eyni zamanda qeyri-neft sektorunun inkişaf etdiyi bir fərqi kompensasiya etməsi üçün kifayət qədər uzun müddət, hətta deyərdim ki, 10 ildən çox zaman lazımdır”.
Rəşad Həsənov 2018-ci ildə manatın məzənnəsinin 3 manat 50 qəpik olacağını deyir: “Əgər biz 2018-ci ilə bugünkü problemlər və faktorlarla girsək, o zaman başqa manat məzənnəsi qərarlaşacaq. Bu da təxminən 3 manat və 3 manat 50 qəpik səviyyəsində ola bilər”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər