Azərbaycanda benzin bahalaşdı
13-01-2017, 10:14
Oxunub: 5 252
Respublikamıza xaricdən idxal edilən “Aİ-95” premium markalı benzinin qiymətində artım baş verib
Hazırda “Aİ-95” premium markalı benzinin yeni qiyməti 1,05 AZN təşkil edir.
Bolgexeber.com xəbər verir ki, “Report”a SOCAR-dakı mənbələrdən verilən məlumata görə, bunun səbəbi həmin markalı benzinin başqa ölkələrdən idxal edilməsidir.
Əldə etdiyimiz məlumata görə, “Aİ-95” premium markalı benzinin qiyməti məzənnədən asılı olaraq dəyişəcək. Gələcəkdə “Aİ-95” markalı benzinin qiyməti dünya bazarında premium markalı benzinin qiymət tendensiyası və Azərbaycanda manatın məzənnəsindən asılı olacaq.
Elə buna görədir ki, qiymət artımı respublikamızda istehsal olunan və sürücülərin böyük əksəriyyətinin istifadə etdiyi “Aİ-92” markalı benzinə şamil olunmur. Yəni istər “Aİ-92” markalı benzinin, istərsə də dizel yanacağının qiymətində dəyişiklik olmayacaq.
Qeyd etdiyimiz kimi, hazırda “Aİ-95 Premium” markalı benzinin yeni qiyməti 1,05 AZN təşkil edir. Bu markalı benzinin əvvəlki qiyməti də digər ölkələrlə müqayisədə ucuz (0,95 AZN) idi. Onu da vurğulamaq yerinə düşür ki, hazırda “Aİ-92” markalı benzinin qiyməti 70, dizel yanacağının qiyməti isə 60 qəpikdir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər