Bəzi restoranlar yeni fırıldağa əl atırlar
10-04-2017, 17:00
Oxunub: 4 634
“Azərbaycanda ətin qiyməti bahalaşdıqdan sonra restoranlar, xüsusilə, türk restoranları fırıldağa əl atıblar”
Bolgexeber.com “Marja”ya istinadən xəbər verir ki, restoranlardan tez-tez istifadə edən Məhəmmədəli Qəribli “Facebook” səhifəsində yazıb ki, bu fırıldağı fərq etmək üçün diqqətlə fikir vermək lazımdır:
“Baxıb görürsən ki, yeməkləri 1 il əvvəl neçəyə satırdılarsa, indi də həmin qiymətə təklif edirlər.
Halbuki ərzaq və ətin qiymətinin bir neçə dəfə artması hazırlanan yeməklərin qiymətinin bahalaşmasını labüd edir.
Fırıldaq bundadır ki, əvvəlki qiymətə yemək satanlar “porsiya”larının çəkisini yarıya qədər azaldıblar. Belə nəticə hasil olur ki, siz əvvəlki pulu ödəməklə bir yox, yarı “porsiya” yemiş olursunuz.
Çoxları bunu hiss etmədən “insaflı adamdı, qiyməti əvvəlki kimi saxlayıb” deməklə təkrarən həmin məkanda yemək yeməyə üstünlük verir.
Əlaqədar qurumlar menyularda yeməklərin qiyməti ilə yanaşı, həm də çəkisinin yazılmasını təmin etməlidir ki, bizi aldatmasınlar”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər