BolgeXeber.Com » İqtisadiyyat » ƏMDK-nin 13 saylı Ərazi İdarəsi vətəndaşlara necə xidmət göstərir?(VİDEO)

ƏMDK-nin 13 saylı Ərazi İdarəsi vətəndaşlara necə xidmət göstərir?(VİDEO)

24-05-2017, 12:23
Oxunub: 7 122 ƏMDK-nin 13 saylı Ərazi İdarəsi vətəndaşlara necə xidmət göstərir?(VİDEO)Şirvan şəhərində yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı ərazi idarəsi mərkəzi Şirvan şəhəri daxil olmaqla, Salyan, Sabirabad, Neftçala, Saatlı, Hacıqabul rayonlarında xidmət göstərir

Əmlak üzərində mülkiyyət hüququnun əldə edilməsi üçün bütün proseslər şəffaf formada həyata keçirilir. Artıq yeni dəyişiklər vətəndaşların daha az vaxt itirib öz iş yerində belə sənədləşmə proseslərində iştirak etmələrinə şərait yaradır.
13 saylı ərazi idarəsinə müraciət edən vətəndaşlar göstərilən yüksək səviyyəli xidmətdən razı qaldıqlarını, bütün ödənişlərin qanun çərçivəsində reallaşdırıldığını qeyd ediblər.

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı ərazi idarəsinin ümumi şöbəsinin müdiri İmamverdi Mikayılov xidmət keyfiyyətinin yüksəldilməsi yönündə atılan addımlardan danışıb.

Rubrikamızın növbəti reportajı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə rayonu 7 saylı ərazi idarəsi haqqında olacaq.
Bolgexeber.com