Qətərdə dollar böhranı yaranmağa başlayıb
15-06-2017, 17:54
Oxunub: 4 611
Qətərin maliyyə sistemində dollar qıtlığı yaranıb
"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, artıq bir neçə Qətər bankı dollar əmanətləri üzrə faiz dərəcələrini yüksəldib
Qeyd edək ki, Qətər bir müddət əvvəl siyasi səbəblərdən başda Səudiyyə Ərəbistanı olmaqla bir sıra ərəb ölkələrinin embarqosuna məruz qalıb. Əgər banklararası kredit bazarında 5 iyuna qədər kredit faizlərinin dərəcəsi LİBOR+0,2% idisə, hazırda premiya 1%-dək yüksəlib.
İnvestorlar Qətər aktivlərini sataraq milli valyuta - riala qarşı spekulyativ mövqe alıblar. Qeyd edək ki, rialın 12 aylıq forvard kontraktları iyunun 11-i ilə müqayisədə 588 baza bəndi artıb. Bu, 2001-ci ildən etibarən ən yüksək hədd sayılır.
Xatırladaq ki, hazırda QAR/USD məzənnəsi son 15 ilin ən yüksək göstəricisinə çataraq 3,6650 səviyyəsində qərarlaşıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər