Azərbaycanda “Facebook” istifadəçilərinin fəallığı azaldı
19-09-2017, 09:41
Oxunub: 3 917
2017-ci ilin yanvar-avqust aylarında Azərbaycanda "Facebook" sosial şəbəkəsinin istifadəçilərinin fəallığı 25,8 faiz azalıb
Bolgexeber.com Trend-ə istinadən xəbər verir ki, bu barədə "GlobalStats" statistika mərkəzi məlumat verib.
Hesabatda qeyd olunur ki, sentyabrın 1-ə olan vəziyyətə görə, Azərbaycan sosial media bazarında "Facebook"un payı 65,3 faiz təşkil edib. Bu rəqəm 2016-cı ilin eyni dövrü ilə müqayisədə 21 faiz azdır. Populyarlığına görə "Facebook" Azərbaycan sosial media bazarında birinci yerdə qərarlaşıb.
Populyarlığına görə ikinci yerdə "YouTube" qərarlaşıb. Bu sosial şəbəkənin istifadəçilərinin fəallığı ötən ilə nisbətən 27 dəfə artıb. "YouTube"un ölkə sosial media bazarında payı 14,1 faiz təşkil edib.
"Twitter" sosial şəbəkəsində fəallıq bu ilin ilk səkkiz ayı ərzində ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfədən çox artıb. Bu sosial şəbəkənin Azərbaycan sosial media bazarında payı 8,7 faiz təşkil edib ki, bu da ötən illə müqayisədə 24,3 faiz çoxdur.
Azərbaycan sosial media bazarında payına görə dördüncü yerdə "Pinterest" (5,11 faiz) qərarlaşıb. Növbəti sıralarda "Instagram" (2,91 faiz), "V kontakte" (1,19 faiz) və "Tumblr" (1,12 faiz) qərarlaşıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər