“Pulsuz Wi-Fi” xidmətindən istifadə edənlərin sayı 1 milyonu ötdü
2-10-2017, 13:14
Oxunub: 4 602
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə “Bakı Telefon Rabitəsi” MMC (“Baktelekom”) tərəfindən həyata keçirilən “İctimai İnternet” layihəsi çərçivəsində “Pulsuz Wi-Fi” xidmətindən istifadə edənlərin sayı 1 milyonu ötdü
Beləliklə, ötən həftədən “Baktelekom” tərəfindən elan edilən “Milyonuncu ol, noutbuku sən apar” kampaniyasının qalibi də müəyyənləşib. Noutbukun sahibi Orxan Cabarov olub.
Qeyd edək ki, 1 ay öncə “Baktelekom” tərəfindən istifadəçi artımını stimullaşdırmaq məqsədi ilə “Pulsuz Wi-Fi” xidmətinin 500.000-ci istifadəçisi mobil telefonla mükafatlandırılmışdı.
Məlumat üçün bildirək ki, bu həftə pulsuz “wi-fi” zonalarının sırasına daha biri əlavə edildi. Artıq “Port Baku Residence” və “Port Baku Mall” arasında yerləşən parkı (“Fashion Avenue”) ziyarət edənlər də ictimai şəbəkədən faydalana bilirlər.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Bolgexeber.com-a verilən məlumata görə Yaxın zamanda Dədə Qorqud və Nərimanov parkı da “Pulsuz Wi-Fi” xidmətinin əhatə dairəsinə daxil ediləcək.
Dövlət Bayrağı Meydanı da daxil olmaqla, Dənizkənarı Milli Parkı, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisini, Heydər Əliyev Mərkəzinin parkını, Sahil, Sabir, Xaqani, Axundov, Hüseyn Cavid, Səməd Vurğun, Muğan bağlarını, Qış və Zabitlər parklarını ziyarət edənlər “Pulsuz Wi-Fi” xidmətindən yararlana bilərlər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər