“Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgi”si keçiriləcək
27-11-2017, 13:08
Oxunub: 2 723
28 noyabr 2017-ci il, saat 10:30-da Baku Expo Mərkəzində Əmlak Məsələləri Dövlət Komitəsi, Türkiyənin ElanExpo və Atılım Fuarcılık şirkətlərinin birgə təşkilatçılığı ilə “Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgis”i keçiriləcək
Məqsəd daşınmaz əmlak sektorunun imkanlarının nümayiş etdirilməsi, bu sahəyə marağın artırılması, həmçinin özəlləşdirmə prosesində xarici və yerli investorların iştirakının daha da genişlənməsidir. Sərgidə 14 ölkədən 70-ə yaxın şirkətin məhsulları nümayiş olunacaq. Tədbirdə özəlləşdirilməyə çıxarılan müəssisələrlə bağlı pavilyonlar yaradılacaq. Bir mənzil üzrə uduşlu lotereyaya keçiriləcək.
Tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri cənab Kərəm Həsənov, bir sıra xarici dövlətlərin ölkəmizdəki səfirləri, nüfuzlu investisiya, tikinti, inşaat və əmlak şirkətlərinin rəhbərləri iştirak edəcək.
Bununla yanaşı sərginin 2-ci günü, 29 noyabr 2017-ci il tarixində Baku Expo Mərkəzində “Daşınmaz Əmlak, Özəlləşdirmə və İnvestisiyalar” mövzusunda beynəlxalq konfrans təşkil ediləcək. Tədbir saat 13:30-da başlayacaq. Məqsəd daşınmaz əmlak idarəçiliyi, o cümlədən ölkəmizdə daşınmaz əmlak bazarının formalaşdırılması sahəsində xarici ölkələrin aidiyyəti dövlət, qeyri-hökumət və özəl qurumları ilə əlaqələrin qurulmasıdır
Konfransda Əmlak Məsələləri Dövlət Komitəsinin sədri cənab Kərəm Həsənov, Belarus Respublikası Dövlət Əmlak Komitəsinin sədri cənab Andrey Qayev, xarici dövlətlərin ölkəmizdə akkreditə olunmuş səfirliklərinin, aidiyyatı dövlət qurumlarının nümayəndələri, eləcədə bələdiyyələr və mərkəzi icra hakimiyyəti orqanlarından 100-dən çox nümayəndənin iştirakı nəzərdə tutulur.
Tədbirə bütün Kütləvi İnformasiya vasitələrinin nümayəndələrinin girişi sərbəstdir.
Bolgexeber.com
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər