Osman Gündüz: "Facebook" və "Instagram"ın Azərbaycanda ofisləri açılmalıdır
30-11-2017, 10:25
Oxunub: 4 735
İnternetdə uşaq və yeniyetmələrin təhlükəli informasiyalardan qorunması ciddi əhəmiyyət kəsb edir
Hesab edirəm ki, müvafiq icra hakimiyyəti orqanlarının bu tip məsələlərə, yəni internet resurslarında uşaq və yeniyetmələrin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı məsələlərə daha ciddi diqqət yetirməsi doğru olar.
Bolgexeber.com xəbər verir ki, bunu Trend-ə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
O.Gündüz bildirib ki, hazırda uşaqların və yeniyetmələrin psixologiyasına mənfi təsir edən xeyli internet informasiya resursları var: "Bununla bağlı monitorinqlərin aparılması və bu monitorinqlərin nəticələrinin açıqlanması düzgün olardı. İnternet provayderlərə uşaq və yeniyetmələrə ziyanlı məlumatlarla bağlı xəbərdarlıq edilməlidir və bu saytların bağlanması üçün məhkəməyə, aidiyyəti qurumlara müraciət olunmalıdır".
O.Gündüz sosial şəbəkələrdə uşaq və yeniyetmələrlə bağlı baş verən mənfi hallara da münasibət bildirib.
O qeyd edib ki, bu şəbəkələr xarici informasiya resurslarıdır: "Təbii ki, orada fərdi bloklama məsələləri problem yaratdığından daha çox maarifləndirmə işlərinə üstünlük verilməlidir. Bu istiqamətdə komlpeks işlər aparılmalıdır. Yəni valideynlər, məktəb, ictimaiyyət, medianın üzərinə burada ciddi iş düşür. Hökumət özü də bu cür qlobal resursların sahibləri ilə əməkdaşlıq etməlidir, çünki burada müəyyən addımların atılması zəruridir. Onların Azərbaycanda ofisləri açılmalıdır, serverləri bura gətirilməlidir, yəni əməkdaşlıq, maarifləndirmə daha düzgün istiqamətdir".
Azyaşlıların sosial şəbəkələrə girişinin məhdudlaşdırılması məsələsinə gəlincə, O.Gündüz qeyd edib ki, bir sıra sosial şəbəkələr girişə yaş məhdudiyyəti qoysa da, bunu tənzimləmək mümkün deyil: "Məsələn, "Facebook" 13 yaşdan aşağı uşaqların şəbəkəyə girişinə icazə vermir, lakin istifadəçi yaşını artıq göstərərək daxil olur. Buna sosial şəbəkələr nəzarət edə bilmirlər. Ona görə də bu istiqamətdə valideyn, məktəb, cəmiyyət maarifləndirmə işləri aparmalıdır".
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər