Azərbaycanlı iş adamı 750 milyon dollar qazandı
23-03-2018, 12:09
Oxunub: 4 330
“Forbes” jurnalının Rusiya versiyası son 1 ildə ən çox gəlir qazanmış 10 biznesmenin adını hazırlayıb
Modern.az jurnala istinadən xəbər verir ki, gəlirlərin hesablanması zamanı səhm satışı və şirkətlərdən əldə edilən dividendlər əsas götürülüb.
Maraqlıdır ki, siyahıda Azərbaycan əsilli rusiyalı iş adamı Vahid Ələkbərov da yer alıb. “Lukoyl” şirkətinin prezidenti ötən il 750 milyon dollar qazanıb. Bu vəsait “Lukoyl”un gəlirlərinin 10% artması hesabına başa gəlib. Vahid Ələkbərov gəlirlərinin həcminə görə Rusiyada 9-cu ən zəngin iş adamıdır.
2017-ci ildə ən çox varlanan iş adamı isə “Sibura” şirkətinin sahibi Kiril Şamanovdur. O, şirkətin 17%-ni satmaqla 2,3 milyard dollar gəlir əldə edib. İkinci pillədə qərarlaşan Aleksey Mordaşov isə “Severstal” şirkərinin satışı və Nordgold şirkətinin dividendləri sayəsində 1,56 milyard dollar varlanıb. İlk üçlüyü isə Vladimir Lisin tamamlayır. Biznesmenin şirkətlərinin səhmlərinin bahalaşması onu 1,23 milyard zənginləşdirib.
Siyahıda həmçinin, Süleyman Kərimov (980 milyon dollar), Mixail Proxorov (870 milyon dollar), Dmitri Rıbolovlev (860 milyon dollar), Oleq Deripaska (760 milyon dollar), Viktor Raşnikov (760 milyon dollar) və Əlişir Usmanov (660 milyon dollar) da yer alıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər