"Azərpoçt"a yeni baş direktor təyin edilib
9-04-2018, 13:29
Oxunub: 4 657
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Azərpoçt” MMC-yə yeni baş direktor təyin edilib
Bolgexeber.com şirkətə istinadən xəbər verir ki, bu, Emin Ramiq oğlu Əfəndiyevdir.
O, yeni vəzifəsində Sübhan Kazım oğlu Kazımovu əvəz edib.
E.Əfəndiyev 2 oktyabr 1970-ci ildə Bakı şəhərində anadan olub, 1987-1992-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun inşaat mühəndisi ixtisası üzrə mülki sənaye tikinti fakültəsində, 1994-1996-cı illərdə Bakı Ali Menecer Kollecində bankir-mühasib ixtisası üzrə təhsil alıb.
O, əmək fəaliyyətinə 1992-ci ildə Material Ehtiyatları Nazirliyinin “Azərtikinti materialları” idarəsində böyük mühəndis vəzifəsindən başlayıb, daha sonra iqtisadçı, baş mühasibin müavini və baş mühasib vəzifələrində çalışıb, 1996-2004-cü illərdə "Rossiyskiy Kredit" Rusiya–Azərbaycan birgə bankında mütəxəssis, şöbə müdiri, departament müdiri, İdarə Heyəti (İH) sədrinin müavini və sədri, 2004-2009-cu illərdə "AZAL Bank"ın İH sədrinin müavini, 2009-2015-ci illərdə "Kapital Bank" ASC-nin filial müdiri, 2015-2018-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Rusiyadakı törəmə bankında İH-nin sədri vəzifələrində işləyib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər