Milli Məclis neftin qiymətinə yenidən baxa bilər
9-04-2018, 16:32
Oxunub: 2 663
Azərbaycanda neftin dövlət büdcəsində nəzərdə tutulan qiymətinə baxıla bilər.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili “Report”a açıqlamasında bildirib ki, aprelin 11-də keçiriləcək prezident seçkilərindən sonra yenidən formalaşan hökumətin tövsiyəsi ilə parlament may ayında “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini müzakirə edə bilər: “Dövlət büdcəsinin qəbul edilməsindən sonrakı ötən müddətdə qiymətlərdə sabitlik mövcud olub. Dünya bazarında neftin qiyməti ciddi şəkildə artmayıb. Neftin bir barelinin qiyməti dünya bazarında 60-62 ABŞ dolları arasında dövr edir. Neftin Azərbaycanın dövlət büdcəsində nəzərdə tutulan qiymətinin artırılması məsələsinə baxıla bilər. Dövlət büdcəsində nəzərdə tutulan qiymətinin artırılmamasının tərəfdarıyıq. Çünki burada söhbət ilin sonuna qədər olan dövrdən gedir. Hələki ilin 4-cü ayıdır, ilin sonuna neftin qiymətinin hansı səviyyədə olacağını proqnozlaşdırmaq çətindir”.
Qeyd edək ki, Azərbaycanın 2018-ci il üzrə dövlət büdcəsində neftin 1 barelinin qiyməti 45 dollar səviyyəsində müəyyənləşdirilib.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər