Azərbaycanın üçüncü peyki orbitə buraxılır
11-04-2018, 10:30
Oxunub: 3 977
Azərbaycanın üçüncü peykinin təyin olunan vaxtda orbitə çıxarılmasını təmin etmək məqsədilə peykin və daşıyıcı raketin hazırlanması üzrə bütün işlər qrafikə uyğun şəkildə davam etdirilir.
Yeni peykin istismarı üçün Bakıda və Naxçıvan Muxtar Respublikasında yerüstü infrastrukturun modernizasiyası ilə bağlı işlər artıq yekunlaşıb. Peykin orbitə buraxaılacağı dəqiq tarix də artıq bəllidir.
Hazırda orbitdə olan “Azerspace-1” vasitəsi ilə 100-ə yaxın televiziya və radio kanalı yayımlanır. Yeni peykin buraxılması ilə isə Qonşu Gürcüstan bazarında lider mövqeyə malik olan, o cümlədən Tükiyədə özünəməxsus bazar payına sahib “Azerkosmosun” imkanları daha da genişlənəcək.
Hazırda 25-ə yaxın ölkədə sabit müştəri bazası olan “Azərkosmos”un yeni peykinin orbitə buraxılması ilə bazarda tərəfdaşlarının sayı da artıracaq. Belə ki, “Azərspace 2”nin xidmətlərinin bir qismi peyk orbitə buraxılmadan özünə müştəri qazana bilib.
Həmçinin, artıq 3 ildir ki, “Azərkosmos” tərəfindən yer səthinin məsafədən müşahidə xidmətlərinin təşviqi layihəsi həyata keçirilir. Bu layihə çərçivəsində peykdən əldə edilmiş təsvirlər təmənnasız olaraq elmi tədqiqat institutları, universitetlər və digər qurumlara təqdim olunur.(Xezerxeber)
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər