BolgeXeber.Com » İqtisadiyyat » “Kütləvi çıxarış” kampaniyası artıq intensiv xarakter alıb-FOTO

“Kütləvi çıxarış” kampaniyası artıq intensiv xarakter alıb-FOTO

18-04-2018, 15:30
Oxunub: 4 016 “Kütləvi çıxarış” kampaniyası artıq intensiv xarakter alıb-FOTOBudəfəki kampaniya sərhəd rayon olan Balakənin ucqar kəndlərində keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsindən Bolgexeber.com-a verilən məlumata görə vətəndaş məmnuniyyəti və rahatlığına xüsusi diqqət edən və daim ön planda tutan Əmlak Məsələləri Dövlət Komitəsi öz fəaliyyət sahəsində sosialyönümlü tədbirləri davam etdirir. Komitə göstərdiyi xidmətlər üzrə əlçatanlığın təmin edilməsi, şəffaflığın artırılması istiqamətində mühüm yeniliklər həyata keçirir. Sosial layihələrin tətbiq edilməsi ilə seçilən komitənin həyata keçirdiyi fəaliyyət növlərindən biri də “Kütləvi çıxarış” kampaniyasıdır. Kampaniya komitənin qeydiyyat xidmətlərini birbaşa ünvanlarda əhaliyə çatdıraraq onları vaxt itkisi olmadan çıxarış əldə etməsinə imkan yaradır. Belə kampaniyaya hündürmərtəbəli binalardakı mənzillərlə yanaşı, regionlarda, o cümlədən fərdi yaşayış evləri, torpaq sahələri, pay torpaqları də geniş şəkildə cəlb olunur. Qeyd edilməlidir ki, çıxarış kampaniyası paytaxtla yanaşı, regionları, o cümlədən sərhəd bölgələrdə yerləşən rayonların ucqar yaşayış massivlərini də əhatə edir.
Bu tədbirlərin əsas məqsədi vətəndaşların mülkiyyət hüquqlarının daha səmərəli təmin olunması, qeydiyyat xidmətlərinin modernləşdirilməsi, xidmətlərin vətəndaşlara birbaşa yerlərdə çatdırılması, şəffaflıq və rahatlığın artırılmasıdır.
İnsan və sosial amillərin önə çəkildiyi yeni layihələrlə, işlərlə ictimaiyyətin qarşısına çıxan komitə ənənəsinə sadiq qalmaqda davam edir. Belə ki, ölkədə keçirilən “Kütləvi çıxarış” kampaniyası artıq intensiv xarakter alıb. Növbəti kampaniya ölkənin sərhəd rayonu olan Balakənin ucqar əraziləri Qabaqçöl qəsəbəsini, Qaysa, Yeni Şərif, Meşəşanbul kəndlərini əhatə edib. Bu isə həmin kəndlərdə yaşayan sakinlərin rayon mərkəzinə gəlməsini aradan qaldırır. Həmin kəndlərdən olan 200-ə yaxın sakinə qeydiyyatla bağlı xidmət göstərilib. Qabaqçöl qəsəbəsindən 75 ailə, Qaysa kəndidən 60, Yeni Şərif kəndindən 45, Meşəşanbuldan kəndindən isə 20 ailə xidmətlərdən yararlanıblar. Onlardan 80-ə yaxın sakinə birbaşa yaşadıqları ərazilərdə əmlaklarına dair çıxarışlar təqdim olunub. Bunlardan 40-ı Qabaqçöl qəsəbəsinin, 20-i Qaysa, 11-i Yeni Şərif, 9-u Meşəşanbul kəndinin payına düşür. Verilən çıxarışların 40-ı pay torpaqlarının, 25-i fərdi yaşayış evlərinin, 15-i həyətyanı torpaq sahəsini əhatə edib. Kampaniya çərçivəsində mobil ofislərə müraciət edən 100-ə yaxın sakindən isə öz əmlaklarına dair çıxarış almaq üçün ilkin hüquq müəyyənedici sənədlər qəbul edilib.
Pay torpaqlarının sənədləşdirilməsi, Balakən rayonundakı torpaqların rahatlıqla iqtisadi dövriyyəyə cəlb edilməsinə, ailə təsərrüfatında fəaliyyətin səmərəliliyinin artmasına imkan verir. Həyətyanı torpaqların, fərdi evlərin rəsmi qeydiyyatı bu bölgənin daşınmaz əmlak bazarında aktivliyin artmasına şərait yaradır. Belə tədbirlər Balakənlə yanaşı, digər bölgə əhalisinin əmlaklarını daha aktiv şəkildə iqtisadi proseslərə cəlb etməsinə, regionlarda iqtisadi fəaliyyətin stimullaşdırılmasına, leqal əmlakların sayının artmasına imkan verir.
“Kütləvi çıxarış” kampaniyası təkcə sənədlərin qəbulu və çıxarışların paylanmasını nəzərdə tutmur. Kampaniya zamanı müraciət edən və sənədlərində hər hansı çatışmazlıq olan 30-a yaxın sakinə birbaşa yerlərdə hüquqi xidmət göstərilib. Bundan başqa bütün hallarda vətəndaşlara əmlakın qeydiyyatının faydaları, üstünlükləri, rahatlıqları barədə məlumatlar verilib. Həmçinin kampaniya çərçivəsində komitənin əməkdaşları Əmlakın qeydiyyatı kalkulyatorundan bəhs ediblər. Bildirilib ki, bu kalkulyator vasitəsilə daşınmaz əmlakların sənədləşdirilməsi prosesində dövlət rüsumu və xidmət haqqı barədə elektron qaydada, əvvəlcədən məlumat almaq mümkündür.
Qeyd edək ki, əmlakın ilkin qeydiyyatı, yəni, ilk dəfə sənədləşdirilməsi zamanı çöl-ölçmə işinin aparılması tələb olunur. “Kütləvi çıxarış” kampaniyasında isə işlər elə təşkil edilib ki, ilkin qeydiyyat üçün sənədlər qəbul edilərkən, sakinlərin istəklərinə uyğun olaraq birbaşa çöl-ölçmə işləri də aparılır. Bununla da qeydiyyat prosesində vaxt itkisi tamamilə aradan qaldırılır. Məhz bu kampaniya çərçivəsində də bir sıra sakinin əmlaklarının texniki parametrlərinin müəyyən edilməsi və texniki sənədlərinin hazırlanması məqsədilə tədbirlər görülür.
Kampaniyanın müntəzəm keçirilməsi hüquqi qeydiyyatlı əmlakların sayının artmasına, paytaxtla yanaşı, regionlarda da leqal əmlak dövriyyəsinin və daşınmaz əmlak bazarının aktivləşməsinə gətirib çıxarır. Əmlakdan girov, ipoteka və digər əməliyyatlarda, eləcə də gəlir məqsədli müxtəlif proseslərdə istifadə oluna bilər.
“Kütləvi çıxarış” kampaniyası ilə yanaşı, respublikanın hər bir bölgəsində komitənin xüsusi nəqliyyat vasitələri ilə vətəndaşlara fərdi qaydada gündəlik mobil ofis xidmətləri də göstərilir. Bu kampaniyalar çərçivəsində vətəndaşlara fərdi qaydada çıxarışların təqdim olunması, ilkin sənədlərin qəbulu həyata keçirilir. Məlumat üçün bildirilir ki, cari ilin ilk rübü ərzində mobil ofis vasitəsilə 18 mindən çox vətəndaşa qeydiyyat xidmətləri göstərilib.
Cari il ərzində 10 “Kütləvi çıxarış” kampaniyası keçirilib. Bunlardan 2-i paytaxtda, 8-i isə regionlarda baş tutub. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu ilin sonunadək paytaxt və regionlarda mobil ofis xidmətləri, həmçinin “Kütləvi çıxarış” kampaniyaları davam etdiriləcək.
“Kütləvi çıxarış” kampaniyası artıq intensiv xarakter alıb-FOTO
“Kütləvi çıxarış” kampaniyası artıq intensiv xarakter alıb-FOTO
“Kütləvi çıxarış” kampaniyası artıq intensiv xarakter alıb-FOTO
“Kütləvi çıxarış” kampaniyası artıq intensiv xarakter alıb-FOTO