BolgeXeber.Com » İqtisadiyyat » Azərbaycan nefti bir qədər də bahalaşıb

Azərbaycan nefti bir qədər də bahalaşıb

20-04-2018, 09:34
Oxunub: 2 697 Azərbaycan nefti bir qədər də bahalaşıbAzərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 1,54 dollar və yaxud 2,06% artıb.

Bolgexeber.com xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 76,15 dollar/barelə bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.