“Google” SMS-ə yeni rəqib gətirir
21-04-2018, 16:00
Oxunub: 4 694
“Google” şirkəti öz messencerləri ilə bağlı qarma-qarışıqlığı aradan qaldırmaq üçün növbəti dəfə təşəbbüs edir
Bolgexeber.com ICTnews-a istinadən xəbər verir ki, “Google Talk”, “Google Voice”, “Google+ Huddles”, “Hangouts”, “Allo” servisləri istifadəçilərin rəğbətini qazana bilməyib.
Hazırda “Google” şirkəti “RCS” (“Rich Communication Services”) protokoluna əsaslanacaq “Chat” adlı yeni xidmət üzərində işləyir. Bu xidmət bilavasitə “Android Messages”ə inteqrasiya ediləcək. “RCS” protokolunun SMS-i bazardan sıxışdırıb çıxaracağı gözlənilir.
“Chat” xidməti mesajın oxunması haqda nişan, mətn yığımı indikatoru, yüksək təsvir ölçülü foto və video, qrup çatları kimi xüsusiyyətlərə malik olacaq. “Chat” faktiki olaraq operator xidmətidir. “SMS” mesajlar kimi “Chat” xidməti də şifrlənməyəcək, amma SMS tarifləri ilə deyil, internet-trafik üzrə ödəniş ediləcək. Sözügedən xidmətin rəsmi təqdimetmə tarixi ilin sonuna gözlənilir. Ancaq bu servisin tətbiqi konkret operatorlardan asılı olacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər