BolgeXeber.Com » İqtisadiyyat » Neft bahalaşıb

Neft bahalaşıb

1-05-2018, 09:44
Oxunub: 2 566 Neft bahalaşıbDünya birjalarında neft bahalaşıb.

Bolgexeber.com xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,20 dollar və ya 0,29% artaraq 68,77 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,18 dollar və ya 0,24% artaraq 74,87 dollar təşkil edib.