Vergilər Nazirliyi: Azərbaycanda kriptovalyutadan gəlir əldə edənlər vergi verməlidir
5-05-2018, 19:39
Oxunub: 4 953
“Azərbaycan vergi qanunvericiliyində gəlir vergisində kriptovalyuta istisna deyil”.
APA-Economics”in məlumatına görə, bunu bu gün Bakı şəhəri “Pullman” otelində ölkəmizin aparıcı şirkətlərinin dəstəyi və iştirakı ilə ) “Rəqəmsal Biznes Trendləri” devizi altında keçirilən II Maliyyə və İnvestisiya Forumunda (FIF2018) Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktorunun müavini Nicat İmanov deyib.
Onun sözlərinə görə, fiziki şəxsin kriptovalyuta aktivlərinin qiymətinin artdığı təqdirdə mütləq vergi ödənilməlidir.
“Mən hər hansı kriptovalyutanı 1000 dollara əldə etmişəmsə, bu gün onun qiyməti 9000 dollar olubsa, arada olan fərqə görə gəlir vergisi ödənilməlidir. Əgər mən onu Bitcoinə satdımsa, mən buna görə gəlir vergisi bəyannaməsi təqdim etməliyəm, vergi orqanında uçota durmalıyam və əldə etdiyim gəlirə görə də 101,2 maddəyə görə də gəlir vergisi ödəməliyəm. Yəni, 14% + 25% dərəcə ilə vergi verməliyəm. Mənfəət vergisi baxımından isə bu gəlir hesab edilir. Mənfəət birbaşa cəlb edilən əməliyyatdır", - deyə N.İmanov vurğulayıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər