Azərbaycanda 5 gündən bir ölkə ərazisinin 10 metr miqyasda peyk çəkilişi aparılacaq
11-05-2018, 09:27
Oxunub: 4 157
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) Azərbaycanda ilk dəfə torpaqların səmərəli istifadəsində peyk nəzarət sistemi qurur
Bolgexeber.com komitəyə istinadən xəbər verir ki, artıq bununla bağlı işlərə başlanılıb.
Bir sıra qabaqcıl Avropa ölkələrinin təcrübəsi araşdırılıb, kifayət qədər təcrübəyə malik Sloveniyadan olan mütəxəssislər işə cəlb edilib.
Məqsəd torpaq idarəçiliyində effektiv dövlət nəzarətinin həyata keçirilməsi, qeyri-qanuni tiklilərin ünvanına getmədən onların məsafədən müəyyənləşdirilməsi, torpaqların kəmiyyət və keyfiyyət göstəricilərində baş vermiş dəyişikliklərin müəyyən edilməsi, torpaq ehtiyatlarının mühafizə edilməsidir.
Sistem hər 5 gündən bir bütün ölkə ərazisinin 10 metr miqyasda çəkilişini aparacaq. Bu sistem vasitəsi ilə əldə ediləcək peyk məlumatları torpaqlardan təyinatından kənar və ya qeyri-səmərəli istifadə hallarını vaxtında aşkar edib, daha operativ qaydada tədbirlər görməyə imkan verəcək. Sistemin tətbiqi torpaq sahələri üzərində monitorinqin aparılmasını təmin etməklə, yeni tikililərin inşasının qanunvericilik çərçivəsində olub olmadığını müəyyənləşdirəcək.
Eyni zamanda vizual və statistik analizlər toplanmaqla ölkədə torpaq sahələri daha sistemli istifadə olunacaq, torpaqların münbitliyi qorunacaq və rahatlıqla geobotanik tədqiqatların aparılması mümkün olacaq. Həmçinin sistem vasitəsilə torpaqların məhsuldarlığının araşdırılması, quraqlıq sahələrinin kateqoriyalara bölünməsi və rəqəmsal xəritələrinin tərtibi işləri də həyata keçiriləcəkdir.
Artıq Peyk Nəzarət Sisteminin yaradılması ilə bağlı ƏMDK-da operator qrupu formalaşdırılır. Çəkiliş nəticəsində əldə olunan məlumatlar avtomatik olaraq bu qrupa daxil olacaqr. Operator qrupu məlumatlarda olan dəyişiklikləri manual olaraq yoxladıqdan sonra Komitənin yanında fəaliyyət göstərən Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinə, ərazi idarələrinə göndərəcək.
Gələcəkdə sistemə yeni modullar əlavə edilərək genişləndiriləcək. Bununla da hüquqi və fiziki şəxslər, həmçinin digər dövlət qurumları sistemin məhsullarından istifadə edəcək.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər