İnternet istifadəçilərinin 172 milyard dolları oğurlanıb
12-05-2018, 09:56
Oxunub: 4 169
2017-ci ildə dünyanın 20 ölkəsindən 978 milyon istifadəçi fırıldaqçıların qurbanı olub. İnternet istifadəçilərindən oğurlanmış məbləğin həcmi 172 milyard dollara bərabərdir.
"Symantec" şirkəti tərəfindən tərtib edilmiş "Norton Cyber Security Insights" adlı hesabata görə, yuxarıda göstərilən məbləğ müxtəlif internet fırıldaqlar nəticəsində internet istifadəçilərindən oğurlanıb.
Bolgexeber.com ICTnews-a istinadən bildirir ki, əksər hallarda hakerlərin qurbanı evdə və işdə çoxlu sayda qurğudan istifadə edən və eyni zamanda kibertəhlükəsizliyin əsasları haqda zəif təsəvvürə malik insanlar olurlar.
Kibercinayətkarlıqla bağlı məlumatlar yalnız dünyanın 20 ölkəsi üzrə əlçatandır. Həmin ölkələr aşağıdakılardır: Avstraliya, Braziliya, Böyük Britaniya, Almaniya, Honkonq, Hindistan, İndoneziya, İspaniya, İtaliya, Kanada, Çin, Meksika, Niderland, Yeni Zelandiya, BƏƏ, Sinqapur, ABŞ, İsveç, Fransa və Yaponiya.
Hesabatda deyilir ki, internet üzərindən keçirilmiş cinayətin hər bir qurbanı orta hesabla təxminən 142 dollar itirib.
Ən çox çinli istifadəçilər zərər görüb: 353 milyon nəfər ümumilikdə 66 milyard dollar itirib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər