“Nar” Ramazan ayında danışıqları ikiqat sərfəli etdi
22-05-2018, 18:16
Oxunub: 4 062
Bütün “Nar” abunəçiləri, Ramazan ayı boyunca balanslarına yüklədikləri qədər məbləği dərhal bonus olaraq qazanırlar
Ramazan bonusları ölkədaxili bütün istiqamətlərdə zənglərə, həmçinin SMS və mobil internet xidmətindən istifadə etmək üçün sərf edilə bilər.
Ramazan kampaniyasına qoşulan abunəçilər, faktiki olaraq, ikiqat sərfəli qiymətə danışmaq imkanı əldə edir. Üstəlik, “Nar” abunəçisi mobil xidmətlərdən istifadə edərkən, xidmət haqqı ilk növbədə balansdakı məbləğdən deyil, bonuslardan çıxılır. Kampaniyaya qoşulmaq üçün sadəcə *777#710#YES şifrəsini yığmaq kifayətdir.
Qeyd edək ki, Ramazan bonusu qazanmaq üçün balansı ən azı 2 AZN məbləğində artırmaq lazımdır. Bu kampaniya tamamilə pulsuzdur və heç bir əlavə ödəniş mövcud deyil. Kampaniya iyun ayının 19-na qədər davam edəcək. Bonusların istifadə müddəti kampaniyanın sonuna qədərdir. Bonusları *777#20#YES şifrəsi ilə yoxlmaq mümkündür.
Ramazan kampaniyası və “Nar”-ın bütün tarif və kampaniyaları haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayıb. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Hazırda “Nar” şəbəkəsi ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. “P3 Communications” tərəfindən 2017-ci ildə keçirilmiş şəbəkə sınaqları nəticəsində Nar şəbəkəsi “ən yaxşı mobil zəng xidməti” göstərən şəbəkə olaraq tanınıb.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər