"AmrahBank"ın bağlanma riski var
23-07-2018, 12:39
Oxunub: 7 641
"Kommersant" "AmrahBank"ın 2018-ci ilin ikinci rübü üzrə hesabatına əsasən xəbər verir ki, bankın faiz gəlirləri 3 milyon 773 min manat, faiz xərcləri 5 milyon 614 min manat təşkil edib
Bankın xalis faiz xərcləri 4 milyon 230 min manat, qeyri-faiz gəlirləri isə 2 milyon 896 min olub. Bankın əməliyyat zərəri ötən ilin eyni dövrü ilə müqayisədə 4 dəfə artaraq 8 milyon manata çatıb. Beləliklə "AmrahBank" ilin yarısını 8 milyon 81 min manat zərərlə başa vurub.
Bankın kredit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə azalaraq 90 milyon 577 min manat olub . Bankın depozit portfeli 148 milyon 428 min manat təşkil edir. "AmrahBank"ın cəmi aktivləri 196 milyon manat, cəmi öhdəlikləri isə 161 milyon manat təşkil edir.
"AmrahBank"ın məcmu kapitalı 27 milyon 815 min manat təşkil edir. Bildirək ki, müəyyən olunan bank öhdəliklərinə görə, bankların məcmu kapitalı 50 milyon manatdan az olmamalıdır. Bu bankın məcmu kapitalının az olması da bağlanma riskini artırır.
Rəsmi hesabatı təqdim edirik:


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər